Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya: prezidentliyə namizədlər açıqlanır - ancaq seçkilərdə intriqa gözlənilmir

Tarix: 25-12-2017 16:10     Baxış: 5256 A- / A+
Rusiya: prezidentliyə namizədlər açıqlanır - ancaq seçkilərdə intriqa gözlənilmir


Namizədlər içərisində Putinə tək rəqib ola biləcək adamın da seçkidə iştirakına icazə verilmir
Rusiyada prezident seçkilərinə rəsmən start verildi. Bununla bağlı parlamentin üst palatası, Federasiya Şurasının qərarı rəsmi qəzetdə dərc olundu. Seçkilər 2018-ci il martın 18-də keçiriləcək.

Rusiya qanunları öz namizədliyini irəli sürənləri imza toplamağa məcbur edir. Buna görə onlar yanvarın 7-dən, partiyalar tərəfindən irəli sürülənlər isə yanvar 12-dən gec olmayaraq sənədlərini verməlidirlər. Bundan başqa, öz təşəbbüsləri ilə seçkiyə qatılanlardan 300 min imza toplamaq tələb olunur. Özü də hər əyalətdən ən az 7,5 min imza yığılmalıdır.

Mərkəzi Seçki Komissiyasının sədri Ella Panfilova bu vaxta qədər 23 şəxsin öz namizədliyini bəyan etdiyini bildirib.

Bunlardan ən birincisi və seçkidə qalib gələcəyi heç kimdə şübhə doğurmayan prezident Vladimir Putindir. Əslində həm Rusiya, həm də dünyada bu seçkilərin formal şəkildə keçəcəyinə və Putinin heç bir əziyyət çəkmədən qələbə qazanacağına inanmayan yoxdur. Əlində olan medianın gücü sayəsində, həmçinin malik olduğu inzibati və maliyyə resurslarına görə Kremlin indiki sahibinin qarşısında başqa namizədlərin varlıq göstərəcəyi hazırkı dövrdə mümkün görünmür.

Maraqlıdır ki, Putin namizədliyini hakimiyyət partiyası “Vahid Rusiya” tərəfindən deyil, öz təşəbbüsü ilə irəli sürüb. Doğrudur, sonradan prezident partiyanın qurultayına qatılmaqla tərəfdarlarının könlünü ala bilib.

Siyasi müşahidəçilərin ümumi rəyinə əsasən Vladimir Putinə əsl rəqib sayıla biləcək yeganə namizəd, bu gün müxalifətin əsas siması hesab olunan Aleksey Navalnıdır.

Rusiya: prezidentliyə namizədlər açıqlanır - ancaq seçkilərdə intriqa gözlənilmir


Navalnı uzun müddətdir ki, prezident seçkilərinə qatılacağını bəyan edib. O, sevimli məkanı sayılan “Youtibe” sosial video şəbəkəsində bütün müraciətlərini məhz prezidentliyə namizəd olaraq təqdim edir. Bir neçə aydır Aleksey Navalnı hakimiyyətin yaratdığı əngəllərə rəğmən regionlara səfər edərək burada tərəfdarları qarşısında təbliğat aparır.

Lakin rəsmi olaraq Navalnı öz namizədliyini qəribə bir məkanda, Moskvanın “Serebryanıy bor” çimərliyində min nəfərlik tərəfdar qrupunun qarşısında bəyan edib. Navalnı öz nitqində seçkilərə qatılmasına izn verilmədiyi təqdirdə seçiciləri boykota çağırıb.

Ekspertlər Navalnının bu bəyanının təsadüfi olmadığını bildirirlər. Çünki hər kəsdə belə bir qənaət var ki, Rusiya MSK-sı müxalif siyasətçinin üzərindəki məhkumluğu əsas göstərərək onu seçkilərə buraxmayacaq. Bunu Rusiya prezidenti Vladimir Putinin bir həftə qabaq jurnalistlərlə keçirdiyi geniş mətbuat konfransında onun namizədliyi ilə bağlı sözləri də sübut edir. Xatırladaq ki, Putin adını dilə gətirmədiyi müxlaifətçinin ölkədə “Saakaşvililik etmək” niyyətində olduğunu və buna icazə verilməyəcəyini bəyan etmişdi.

Rusiya: prezidentliyə namizədlər açıqlanır - ancaq seçkilərdə intriqa gözlənilmir


Prezidentliyə namizədlər arasında tanış isimlər də var. Bunlar bütün seçkilərin əbədi və dəyişməz iştirakçısı Vladimir Jirinovski, “Yabloko” partiyasının lideri Qriqori Yavlinski kimi siyasətçilərdir.

Lakin müşahidəçilərin əsl diqqətini çəkən yeni simalardlr. Gəlinən rəylərdən belə anlaşılır ki, onların bir çoxunun funksiyası seçkilərə yarış görüntüsü verməkdən başqa bir şey deyil.

Rusiyada “Vahid Rusiya”dan sonra ikinci böyük siyasi təşkilat sayılan Kommunist partiyası bu il gözlənilmədən lideri Gennadi Züqanovu deyil, sol görüşlərə malik sahibkar Pavel Qrudininin namizdəyini irəli sürüb. Züqanov özü onu seçki qərargahının rəhbəri olacağını söyləyib.

Pavel Qrudininin kommunistlər tərəfindən irəli sürülməsi özü fenomen hadisədir. Çünki Qrudinin kommunistlərin təbirincə desək, “qolçomaq” sayılan bir adamdır. O, daha çox kənd təsərrüfatı ilə məşğul olan bir sahibkar kimi tanınıb. Onun Moskva vilayətində “Lenin adına sovxoz” adlı kənd təsərrüfatı müəssisəsi var. Qrudininin iş həyatı məhz “Lenin adına sovxoz” la bağlıdır. O, burada sovet vaxtından çalışıb. 90-cı illərdən sonra isə onun direktoruna çevrilib. Sovxozların dağılmasına rəğmən Qrudinin müəssisənin iş gücünü qoruyub saxlayıb və burada sosialist və bazar prinsiplərini birləşdirib. “Lenin adına sovxoz” özünün məhsulları, xüsusilə də “Qrudinin çiyələk”ləri ilə məşhurdur. Bundan başqa, burada əsl sosial infrastruktur qurulub.

Rusiya: prezidentliyə namizədlər açıqlanır - ancaq seçkilərdə intriqa gözlənilmir


Qəribə bir təsadüfdür ki, Qrudinin siyasətə “Vahid Rusiya” partiyası ilə atılıb. O, Mosva vilayət dumasının deputat olub. Onun siyasi həyatını müvəqqəti durduran olay 2011-ci ildə “Russkiy reportyor” qəzetinə verdiyi müsahibədir. Burada o, ikrahla “qeyri-slavyan” millətindən olanlarla bağlı irqçi cümlələr işlədib.



Namizədliyini bəyan edən maraqlı simalardan biri də Sergey Polonski adlı iş adamıdır. O “Krılatskoe” idman kompleksində 520 nəfərlik dəstək qrupu qarşısında prezident olmaq niyyətini bəyan edib. Polonski nitqində özünü ABŞ prezidenti Donald Trampla müqayisə edib. Polonskinin sözlərinə görə, hakimiyyət postlarını biznesmenlər tutmalıdır. Həmçinin o, hakimiyyətə gələcəyi təqdirdə Rusiya Dövlət Duması və Federasiya Şurasının “Moskva Siti” biznes kompleksinə köçürəcəyini vəd edib.

Rusiya: prezidentliyə namizədlər açıqlanır - ancaq seçkilərdə intriqa gözlənilmir


Polonski 2008-ci il iqisadi böhranına qədər Rusiyanın ən varlı adamlarından sayılırmış. Onun sahib olduğu “Mirax Group” Moskva şəhərinin iş mərkəzi sayılan “Moskva-Siti”də “Federasiya” göydələnini tikib. Daha sonra Rusiyada həbs olunmamaq üçün Kambocaya qaçan Polonski burada 2015-ci ilin mayında həbs olunaraq geri təhvil verilib. Sahibkar “Kutuzovskaya milya” və “Rublyovskaya rivyera” yaşayış kompleksləriin payçılarına 2,6 milyard rublluq kələk gəldiyinə görə 5 il həbs cəzasına məhkum edilib və daha sonra iddia müddətin bitməsi ilə bağlı azad olunub.

Seçkilərdə iştirak edəcək maraqlı namizədlərdən biri də teleaparıcı Kseniya Sobçakdır. Rusiyada bəzən hakimiyyətə qarşı sərt çıxışlar etməsinə rəğmən xanım Sobçakın Kremlin layihəsi olduğunu söyləyənlər çoxdur. Burada Sobçak ailəsinin Rusiyanın indiki prezidenti ilə yaxınlığının da rolu var.

Rusiya: prezidentliyə namizədlər açıqlanır - ancaq seçkilərdə intriqa gözlənilmir


Sobçak “Vətəndaş təşəbbüsü “adlı partiyanın qurultayında “123 addım adlandırdığı” seçkiqabağı proqramını təqdim edib. Burada o, Rusiyanın Avropayönümlü inkişafla getməli olduğunu, habelə insanların “birinci və ikinci dərəcələrə ayrılmayacağını, o cümlədən seksual orientasiyalarına görə ayır-seçkilik edilməyəcəyini vəd edib. Sobçak Krım məsələsində Ukraynanın haqlı olduğunu ifadə edə bilən ictimai əhəmiyyətli tək-tük adamlardandır. Teleaparıcı proqramındakı bəzi müddəaların insanlar tərəfindən anlaşılmayacağını indidən etiraf edib./Musavat.com/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar