Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

28 ölkədə 97 jurnalist həlak olub

Tarix: 18-12-2017 19:56     Baxış: 5324 A- / A+
28 ölkədə 97 jurnalist həlak olub
BMT yanında məşvərətçi statuslu “Press Emblem Campaign” (PEC) qeyri-hökumət təşkilatı 2017-ci ilin jurnalist ölümləri hesabatını yayıb. Novator.az-ın məlumatına görə, dekabrın 18-də açıqlanan məruzədə bildirilir ki, 2017-ci ildə 28 ölkədə 97 jurnalist həlak olub.

Təşkilatın hesabatında 2016-cı illə müqayisədə jurnalist ölümün azaldığı vurğulanır. Ötən il 144 jurnalist həyatını itirib. Bildirilir ki, PEC 2008-ci ildən bəri ilk dəfə 100-dən az KİV nümayəndəsinin həlak olduğunu qeydə alıb.

10 il ərzində həlak olan jurnalistlərin sayı isə 1197-yə çatıb.

2017-ci ildə jurnalist ölümünə görə ilk pillədə Meksika yer alır. Bu ölkədə 17 media işçisi həlak olub.

İlk beşlikdə İraq (9 jurnalist), Əfqanıstan, Hindistan və Pakistan da (hər birində 8 jurnalist) qərarlaşır.

Siyahıda sonrakı pillələrdə Filippin, Suriya (hər birində 6 jurnalist), Somali (5 jurnalist) və Honduras (4 jurnalist) göstərilir.

PEC-in məlumatına görə, 2017-ci ildə Rusiya, Türkiyə, Nigeriya və Yəmənin hər birində 3 media təmsilçisi həlak olub.

2017-ci ildə ötən illə müqayisədə həlak olan qadın jurnalistlərin sayı 5-dən 16-ya yüksəlib.

Cari ildə media nümayəndələri üçün ən təhlükəli region Asiya (32 jurnalist həlak olub), Latın Amerikası (29 jurnalist) və Türkiyə də daxil olmaqla Yaxın Şərq (21) hesab olunub.cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar