Xəbər lenti
Seks qadağası: İranda sevgiyə həsrət qalan qadınlar
İranda fiziki məhdudiyyətli insanların sayı təxminən 10 milyondur.
Manevr.az-ın məlumatına görə, sosial baxımdan mühafizəkar bir ölkədə xüsusilə qadağan olan şeylərdən biri də seksdir və belə olduqda fiziki məhdudiyyətli qadınların seksual ehtiyaclarından söhbət gedə bilməz. İranın şimalında kiçik bir kənddə yaşayan 41 yaşlı fizik məhdudiyyətli qadın Mitra Farazandə öz təcrübəsi və məyusluğundan söz açır.
"11 yaşımda ikən qonşumuzun oğluna olan xüsusi diqqətimi hiss etdim. 14 il boyunca mən bu sevgini ürəyimdə gizlətdim. 14 ildən sonra, sevgim qarşısında əyilmək və onu həm öz, həm də sevdiyim şəxsin ailəsinə etiraf etmək qərarına gəldim. O, sevgimi anlayışla qəbul etsə də, ailəm buna razı olmadı.Məhdudiyyətimə rəğmən, mənim də qadın kimi ehtiyaclarım və hisslərim var.Çox istəyərdim ki, sevgilim məni qucaqlasın, saçlarımı oxşasın. Təəssüf ki, bizim insanların əksəriyyəti mənim kimi qadınların sevməyə və sevilməyə layiq olmadığını düşünür. Bu məni incidir. Atamın sevdiyim şəxslə bir yerdə olmağıma icazə verməməsi məni incidir. İnanıram ki, dəyişiklik bizim içimizdən gəlməlidir. Seksual qabilliyətiimizi və məhdudiyyətlərimizi özümüz müəyyənləşdirməliyik. Atam hisslərimi boğmağa çalışsa da, duyğularım və ehtiyaclarımı dilə gətirdiyimə görə özümlə fəxr edirəm. Fiziki məhdudiyyətli qadınların seksual və emosional ehtiyaclarına inanmayan insan çoxdur. Həqiqət isə tamamilə başqadır. Mən şəxsən inanıram ki, bəzən fiziki məhdudiyyətli insanların seksual enerjisi məhdudiyyətsiz insanlarınkından daha artıq olur. Bəlkə də bu, normal yolla enerjini sərf etməyə qabil olmadığımızdan irəli gəlir"./BBC
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar