Xəbər lenti
Ermənilər eşşəyi özəlləşdirdilər
Erməni linqvistlər xüsusi bəyanat yayıblar
Rus dilinə düz 4 söz erməni dilindən keçib. Bu barədə bu gün erməni dilşünaslar məlumat verib. Onların sözlərinə görə, rus dilində ən qədim söz erməni mənşəlidir. Erməni alimlərinin fikrincə, bu söz «işak», yəni eşşək sözüdür. Linqvistlər dərhal izah ediblər, həm bu söz, həm də ən ağır işləri görməyə deyilən «işaçit» sözü də ermiənicədən gəlir.
Bizdə bu sözün rus dilinə türk dilindən, yəni dilimizdən keçdiyini yaxşı bilirlər. Sözün kökündə "eşmək" felinin durduğu fərz edilir, "- ək" şəkilçisi də dilimizə aiddir, inək, işşək, eşşək kimi ev heyvanlarının adlarının düzəldilməsində bu şəkilçidən istifadə edilib.
Bu söz bizdə həm də ölkənin regionlarından birinə aid sözdür və deyirlər ki, "Qarabağ eşşəyi kimi tərsdir". Bizdə bu söz ulaqla bağlı işlədilir , amma ermənilər "Qarabağ eşşəyi" sözünü işlətdikdə Qarabağda yaşayan erməniləri nəzərdə tuturlar.
İndi bu Qarabağ ermənilərinin rəhbərlik etdiyi ermənilər ökdən türkcə olan bu sözü erməniləşdirmək istəyirlər. Onların fikrincə, dünyanın ən gözəl musiqisi, yeməyi, sözləri - hamısı erməni kökləri daşıyır.
Azərbaycan dolmasını götürək, YUNESKO gözəl qida həvəskarlarına başa salıb ki, bu, Azərbaycan yeməyidir və ermənilərə heç bir dəxli yoxdur, sözün özü "dolmaq" türk felindən yaranıb. Amma ermənilər buna etiraz edir. Çünki adı nazik yemək mənasını verən "lay (lov)" və "aş" sözlərindən yaranmış, köçəri mədəniyyətinə aid lavaşı, bütün Türk Dünyasında istifadə edilən musiqi aləti balabanı "tütək (duduk)" türk adı altında erməni aləti kimi YUNESKO-dan qeydiyyatdan keçirəndə onlara heç kim mane olmamışdı. Çünki yalanı yaxşı bacarırlar.
Ermənilər tarixən beləddir - ələ keçirməyə çalışdıqları gözəlliyə yalanla sahib olmağa çalışırlar, alınmayanda oğruluq edirlər, hər şeyi oğurlaqdıqları kimi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar