Sizin Reklam Burada
Xəbər lenti
12-05-2024
11-05-2024
BÜTÜN XƏBƏRLƏR

Tacikistan Fahişəlik qanununa yüngül əxlaqlı kişiləri” əlavə edəcək

Tarix: 28-11-2017 11:32     Baxış: 5396 A- / A+
Tacikistan Fahişəlik qanununa yüngül əxlaqlı kişiləri” əlavə edəcək
Tacikistan prokurorları ölkənin fahişəlik əleyhinə qanununa “yüngül əxlaqlı kişilər” termininin əlavə olunmasını istəyirlər. Fahişəlik Tacikistanda qadağandır və cinayət əməli hesab edilir. Lakin hazırda qüvvədə olan qanun bu cinayətə görə yalnız qadınları məsul sayır. İndi isə Tacikistanın Baş Prokurorluğu parlamentə fahişəliklə əlaqəsi olan kişilərin də cəzalandırılmasına yol açacaq qanunvericilik aktının qəbul edilməsi üçün müraciət edib.

Prokurorluğun hazırladığı qanun layihəsi 2018-ci ilin əvvəlləri üçün hazır olacaq. Prokurorluğun vəzifəli rəsmisi Fərrux Raufov yeni qanunvericilikdə cəzanın kişilər üçün qadınlardan daha sərt olmalı olduğunu deyib. Təhlilçilər bildirirlər ki, sözügedən yeni qanunvericilik homoseksualların və başqa seksual azlıqların da məsuliyyətə cəlb edilməsinə imkan verəcək.

Tacikistanın Cinayət Məcəlləsi fahişəlik üçün 110 dollar məbləğində cərimə nəzərdə tutur. Bu cinayətə görə ikinci dəfə tutulanların cəriməsi 120 dollar və ya 15 sutka həbs ola bilər. Təhlilçilər bu qənaətdədirlər ki, hazırkı qanunda cinayətin təfsiri çox yayğındır və bu səbəbdən də o əsas etibarilə qadınlara tətbiq edilir. Prokurorlar məhz bu nöqsanın aradan qaldırılması üçün CM-nə “yüngül əxlaqlı kişilər” termininin əlavə edilməsini istəyirlər. Yeni layihəyə görə fahişəliklə bağlı cinayətlərə görə kişilər üçün qadınlardan “iki dəfə ağır cəzalar” nəzərdə tutulur.

Onlar üçün cərimənin məbləği 220 dollar olaraq təklif edilir. İkinci dəfə yaxalananlar bundan iki dəfə artıq - 440 dollar ödəməli olacaqlar. Onlara 30 sutka müddətində həbs cəzası da verilə bilər. Qanun layihəsində fahişəliklə məşğul olan kişilərin də cəzalandırılması nəzərdə tutulur. Tacikistan ötən oktyabrda 300 homoseksual, lesbian, biseksual və transgenderin xüsusi reyestrə salınmasına görə insan haqları təşkilatları tərəfindən tənqid edilib.

Baş Prokurorluq bildirib ki, bu tədbirdə məqsəd cinsi yolla yayılan xəstəliklərin qarşısının alınması, habelə seksual azlıqların özlərinin müdafiəsidir. Ötən yanvar ayında Tacikistanın daxili işlər naziri Ramazon Rahimzoda bildirmişdi ki, ölkədə keçirilən reydlər zamanı 280 fahişəxana aşkar edilib və 1991 fahişə qadın qeydiyyata alınıb.mynews.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar