Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Nanorobotlar xəstəliyə diaqnoz qoyacaq

Tarix: 28-11-2017 08:41     Baxış: 4283 A- / A+
Nanorobotlar xəstəliyə diaqnoz qoyacaq


Beynəlxalq alimlər komandası tibb sahəsində əsl inqilab edəcək yeni nəsil məsafədən idarə olunan nanorobotlar yaradıb. Bu robotlar xəstəliklərə diaqnoz qoymaq, xərçəng hüceyrələrinə hücum etmək və orqanizmdən narkotikləri çıxartmaq qabiliyyətinə malikdir.


Çin universitetinin professoru Li Çjan və Mançester universitetinin professoru Kostas Kostarelosun rəhbərliyi altında işləyən alimlər komandası daha çox spirulina kimi tanınan "Arthrospira platensis" adlı yosunlardan nanorobot yaradıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, nanorobotların bioloji parçalanması onların tibdə istifadəsi üçün ciddi problemdir. Alimlər yeni qurğularda parçalanmanın sürətini dəqiq tənzimləməyə imkan verən dəmir oksiddən hazırlanmış maqnit örtüyündən istifadə ediblər.

"Biz laboratoriyada nanorobotlar üçün materialları süni sintezləşdirmək əvəzinə, artıq təbiətdə mövcud olan müvafiq kimyəvi tərkibli materiallardan istifadəyə dair qərar verdik - professor Li Çjan deyib.

Alimlərin sözlərinə görə, nanorobotları xərçəng hüceyrələrinə hücum etmək qabiliyyətinə malik dərmanların çatdırılmasında, həmçinin xəstəliklərə diaqnoz qoyulmasında istifadə etmək mümkün olacaq.

Alimlər bir neçə dəqiqə ərzində xərçəng hüceyrələrini məhv edə bilən kiçikölçülü, asan aktivləşdirilə bilən nanorobotlar hazırlayıblar. Robotların ölçüsü o qədər kiçikdir ki, 50 min belə qurğunun eni insan saçının qalınlığından azdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar