Xəbər lenti
Rusiya Azərbaycandakı səfirini niyə geri çağırıb? - Köhnə və yeni səfirlərin fərqi
"Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bu vəzifədən geri çağırılıb. Əslində qeyri-adi heç nə yoxdur. Adam 8 ildir Azərbaycanda səfirdir. Ancaq söhbət Rusiyadan getdiyindən səfirin niyə indi geri çağrıldığı müəyyən suallar doğurur".
Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.
Politoloqun fikrincə, Azərbaycana gələcək yeni səfir nisbətən müəmmalı şəxsdir: "Rusiyanın Azərbaycandakı yeni səfirinin ismi bu ilin iyulun əvvəlində bəll olub. Rusiya Dövlət Duması elə həmin tarixdə Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib. Yeni səfir Georgi Zuyevdir. O, Azərbaycana səfir təyin olunana qədər Rusiya Xarici İşlər Nazirliyinin kadrlar departamentinin direktor müavini vəzifəsində çalışıb.
Məndə olan məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov sonuncu dəfə Bakıda olarkən yeni səfirin təyinatına toxunub. Bakı Doroxindən razı idi. Ancaq Zuyevlə bağlı ziddiyətli informasiyalar var. Birincisi, Zuyevin Rusiya kəşfiyyatına bağlı olduğuna dair müxtəlif xəbərlər var. İkincisi, necə ki, Sergey Lavrov Qarabağ münaqişəsinin həllinə soyuq yanaşır, yeni səfirin də eyni mövqedə olduğuna dair məlumatlar var. Zuyev Moskvanın xarici siyasətindəki yeni tələb və istəkləri Bakıya daha intensiv şəkildə çatdıracaq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar