Xəbər lenti
Ermənilər Daşaltı kəndində bütün evlərə günəş panelləri quraşdıracaqlar... - FOTO
3-cü onillikdir ki, torpaqlarımızı işğal altında saxlayan ermənilər, çətinliklə, dilənçiliklə olsa da, dədə-baba yurdlarımızda mövcud olmaqdadırlar...
Xəbər verildiyi kimi, ermənilər bu günlərdə Los-Ancelesdə keçirdikləri artıq 20-ci dilənçilik telemarafonunda 12, 5 mln. dollardan çox pul toplaya biliblər.
Ötən yazılarda qeyd etmişdik ki, toplanmış vəsait hesabına separatçı rejim bəzi müəssisə, icma mərkəzləri və mədəniyyət binalarında günəş enerjisi hasil edən helio-stansiyalar, günəş panelləri quraşdırmağı planlaşdırır. Artıq Xankəndi və Şuşada bir neçə müəssisə və evdə günəş panelləri quraşdırılıb.
Moderator.az-ın Rusiyada dərc olunan erməni nəşrlərindən əldə etdiyi yeni məlumata görə, ermənilər Şuşanın bir neçə km-liyində yerləşən “Karintak” adlandırılmış Daşaltı kəndində də pilot-layihə olaraq bütün evləri günəş panelləri ilə təchiz etməyi planlaşdırırlar.
Xatırladaq ki, 1992-ci ilin yanvarında Azərbaycanın yenicə formalaşan ordusunun xəyanət və qeyri-peşəkarlıq nəticəsində 100-ə yaxın hərbçisini itirdiyi strateji əhəmiyyətli Daşaltı kəndinə ermənilər son illərdə xüsusi diqqət ayırırlar. Kəndə yeni su kəməri çəkilib, uşaq baxçası, icma mərkəzi binası tikilib və s.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar