Xəbər lenti
Rusiya FTX Azərbaycanın bank sistemində dayaqlarını gücləndirdi? .. -Aktual sual

Dünəndən Denis Aleksandroviç Bortnikovun “VTB” Azərbaycan bankının Müşahidə Şurasının sədri təyin edilməsi haqqında məlumatlar yayılmaqdadır.
Manevr.az-ın “Turan”a istinadla verdiyi xəbərə görə, Denis Bortnikov Rusiya Federal Təhlükəsizlik Xidmətinin şefi Aleksandr Bortnikovun oğludur. 11 ildir “VTB” banklar qrupunda işləyən 43 yaşlı Denis Bortnikov həmçinin, Bank “VTB”-nin (“Vneştorqbank” - Xarici Ticarət Bankı) İctimai Səhmdarlar Cəmiyyətinin idarə heyətinin sədr müavinidir.

Rusiyanın “Vneştorqbank”-ı Azərbaycana 2008-ci ildə ölkə Mərkəzi Bankının razılığı ilə yerli AF-Bank-ın səhmlərinin 51%-ni almaqla qədəm basıb.
Bu yaxınlarda “VTB” ATA Bank-dan səhmlərin qalan 49%-ni də alaraq, bütün səhmlərin tək sahibinə çevrilib.

Sözsüz ki, Rusiya Federal Təhlükəsizlik xidməti şefinin oğlunun Azərbaycanda fəaliyyət göstərən bir bankın rəhbəri vəzifəsinə təyin olunması sıradan bir olay deyil. Məlumdur ki, hər hansı bir ölkədə marağı olan dövlət onun bütün sahələrinə öz adamlarını yerləşdirməyə çalışır. Handa qala, Azərbaycanda 2-3 əsrlik dayaqları olan Rusiya dövləti... Doğrudur, “VTB” Azərbaycanda o qədər də təsir gücü olan banklardan deyil. Bəlkə də yanılırıq, ümumiyyətlə, bu təşkilatın Azərbaycanda maliyyə maraqlarından savayı, özgə bir işi yoxdur? Amma Rusiya baş kəşfiyyatçısının oğlunun rəhbəri olduğu, eləcə də İdarə Heyəti, Audit Komitəsinin, eləcə də kredit və informasiya texnologiyaları komitələrinin sədrləri Rusiya vətəndaşları olan bir banka qarşı diqqətli olmaq gərəkdir. Bizimkilər artıq bir diqqətsizlik ediblər. “VTB” Azərbaycan” bankının azərabaycanca saytında müşahidə şurasınn yeni sədri Bortnikov Denis Aleksandroviçin fotosu və tərcümeyi-halı düzgün qoyulsa da, başda onun öz adı yerinə Rusiyadakı əsas “VTB” bankının idarə heyətinin sədr müavininin ad-soyadı, atasının adı(Oseyevski Mixail Eduardoviç) getmişdir.

Onu da xatırladaq ki, “VTB”-nin əsas səmhdarı(60,9 faiz) Rusiya dövlətidir. Bankın idarə heyətinin sədri də Rusiya baş naziri tərəfindən təyin edilir. “VTB” nizamnamə kapitalına görə Rusiyada birinci yerdədir. 2014-cü ildə Britaniyanın “The bankir” jurnalının versiyasına görə dünyanın 1000 güclü bankı arasında 66-cı yeri tutmuşdur. 2013-cü ildə “VTB”-nin iri sərmayədarlarından biri kimi “Qatar Holding”lə yanaşı, Azərbaycan Dövlət Neft Şirkəti də çıxış etmişdir...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Təqvim
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar