Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Qara cümə” ilə sərvətini 100 milyarda çatdırdı

Tarix: 25-11-2017 14:53     Baxış: 4456 A- / A+
“Qara cümə” ilə sərvətini 100 milyarda çatdırdı


ABŞ-da fond birjaları indeksinin yüksəlməsi dünyanın internet ticarəti nəhəngi "Amazon" şirkətinin sahibi Cef Bezosun (Jeff Bezos) sərvətini 100 mlrd. ABŞ dollarına çatdırıb.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, "Amazon"un səhmləri ölkədə qeyd olunan "qara cümə" zamanı endirimli satışların gözləntiləri üstələməsi nəticəsində bahalaşıb.

Xatırladaq ki, 53 yaşlı C.Bezosun sərvəti bu il noyabrın 1-də 93 mlrd. dollar təşkil edərək "Microsoft" şirkətinin qurucusu Bil Qeytsin sərvətini keçib. Halbuki, indiyə qədər yalnız B.Qeyts 100 mlrd. dollarlıq sərvətə çata bilib. Bu, 1999-cu ildə baş verib. Tədricən "Microsoft"un sahibinin sərvəti azalaraq 83 mlrd. dollara düşüb.

Xatırladaq ki, "Amazon" 1994-cü ildən internet üzərindən əmtəə və xidmətlərin satışı ilə məşğul olan ən iri qlobal şirkətdir. Ötən il onun dövriyyəsi 136 mlrd. dollar olub. Şirkətin "Nasdaq" fond birjasında tədavüldə olan səhmlərinin 1 ədədi ötən günün sonunda 1 186 dollardan alınıb-satılıb ki, bu da rekord göstəricidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar