Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən gənc milyarderi - SIFIRDAN ZƏNGİNLİYƏ...

Tarix: 23-11-2017 08:41     Baxış: 4287 A- / A+
Dünyanın ən gənc milyarderi - SIFIRDAN ZƏNGİNLİYƏ...


Dünyanın malik olduğu sərvəti sıfırdan özü qazanan ən gənc milyarderi 27 yaşlı irlandiyalı Con Kollison (John Collison) olub.

Manevr.az xəbər verir ki, C. Kollison 2011-ci ildə "Stripe" ödəniş sistemini yaradıb və hazırda 100 mindən çox müştərisi olan bu şirkətin bazar dəyəri 9 milyard dollardan artıqdır. "Forbes"un hesablamasına əsasən C. Kollison və 29 yaşlı qardaşı, "Snapchat"in sahiblərindən biri olan Patrik Kollisonun şəxsi sərvətləri 1 milyard 300 milyon dollardır.

C. Kollison nə qədər pulu olduğu barədə suala belə cavab verib:
"Bunu məndən çox insan soruşur və qeyri-adi cavab gözləyirlər. Amma belə cavabım yoxdur. Məndən zəngin olduqdan sonra həyatımın necə dəyişdiyini də soruşurlar. Mən isə boş vaxtımda sadəcə, qaçmaqla məşğul oluram. Bu, çox praktik və sadə bir hobbidir".

Qeyd edək ki, C. Kollison Harvard Universitetində, P. Kollison isə Massaçusets Texnoloji İnstitutunda (MİT) oxuyub. C. Kollison Harvarda getməzdən əvvəl artıq zəngin idi. İki qardaş kiçik şirkətlərin "eBay"də daha asan ticarət etmələrinə kömək edən proqramlarını 2008-ci ildə 5 milyon dollara satıb. Sonra onlar təhsillərinə fasilə verərək "Stripe" ödəniş sistemini qurublar. "Stripe" bir çox rəqibi olmasına baxmayaraq, sürətlə böyüyüb və hazırda dünya üzrə 750 əməkdaşı var. lent.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar