Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Uber”-də 57 milyonluq OĞURLUQ

Tarix: 22-11-2017 17:46     Baxış: 4366 A- / A+
“Uber”-də 57 milyonluq OĞURLUQ



İnternet vasitəsilə xidmət göstərən "Uber”taksi şirkətinə kiber hücumlar nəticəsində 57 milyon istifadəçisinin məlumatları oğurlanıb.
Şirkət bu barədə açıqlama yayıb.

Şirkətin rəsmi açıqlamasında bildirilir ki, ötən il iki nəfər tərəfindən şirkətə qarşı həyata keçirilən kiberhücum nəticəsində dünya miqyasında 57 milyon istifadəçisinin adları, elektron poçt ünvanları və telefon nömrələri oğurlanıb.
Açıqlamaya görə, ABŞ-da "Uber” şirkətində sürücü kimi fəaliyyət göstərənn 600 min nəfərin də adı və sürücülük vəsiqəsi məlumatları ələ keçirilib.
Hücumlar nəticəsində istifadəçi və sürücülərin bank hesabları, kredit kartlarının nömrələri, səyahət etdiyi bölgələr, doğum tarixlərinin ələ keçirilmədiyi açıqlanıb. Kiberhücumların ardından şirkət bununla bağlı araşdırmaya başlayıb.
Şirkətin İdarə Heyəti rəhbəri Dara Xosrovsşahi baş vermiş hadisəyə görə bəhanə irəli sürməyəcəyini deyib: "Bunların heç biri olmamalı idi. Keçmişi silə bilmərəm, amma səhvlərimizdən dərs çıxaracağıq”.
ABŞ mətbuatında yazılan bəzi xəbərlərə görə, kiberhücumun çox geniş auditoriyaya yayılmaması və oğurlanan məlumatların silinməməsi üçün şirkətin hücumu həyata keçirən həmin iki şəxsə 100 min dollar ödədiyi iddia edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar