Xəbər lenti
ABŞ-dan Ankaraya ciddi xəbərdarlıq - Türkiyə S-400 sistemi alsa...

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Heidi Qrant Rusiyadan S-400 hava hücumundan müdafiə kompleksi alacağı təqdirdə Türkiyənin NATO-nun texnologiyasına çıxışının məhdudlaşdırılacağını elan edib.
ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi Türkiyəyə S-400 sistemləri məsələsində xəbərdarlıqla edib:
"Əgər Türkiyə S-400 sistem alsa, NATO texnologiyalarını çıxışı zəifləyəcək. Sonrakı mərhələdə Türkiyənin F-35 tipli 5-ci nəsl bombardumançı təyyarələrdən istifadə imkanlarına qarşı da tədbirlər alına bilər”.
S-400 sistemləri ilə bağlı Rusiya-Türkiyə anlaşmasının həyata keçməsinin Türkiyə ilə NATO arasında hərbi işbirliyinə ciddi şəkildə təsir edəcəyini vurğulayan Heidi Qrant NATO strategiyasına əssasən S-400 sistemləri ilə işbirliyinə iczə verilməyəcəyini qeyd edib.
Türkiyənin S-400 sistemləri alacağı təqdirdə ABŞ-ın hansı addımlar atmasına gəldikdə Qrant deyib ki, ilk əvvəl Rusiya-Türkiyə arasında əldə edilən razılaşmanın həyata keçib-keçməyəcəyi, gələcəkdə bir arada necə işləyəcəyi məsələsinə baxacaqlar:
"Ancaq bu gün üçün S-400 sistemləri ilə əlaqədar işbirliyində olmayacağımızı deyə bilərəm”.
Amerikalı mütəxəssislər isə hesab edirlər ki, Türkiyənin S-400 sistemləri və F-35 təyyarələrindən eyni zamanda istifadəsi Rusiyanın bu sistemlər üzərindən bombardumançı təyyarələrin zəif yerlərinin öyrənə bilməsinə səbəb ola bilər. Bu isə F-35-lər üçün fəlakət deməkdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Təqvim
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar