Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Muqabe həbs edildi, müxalif lider ölkəyə qayıtdı

Tarix: 16-11-2017 10:48     Baxış: 4310 A- / A+
Muqabe həbs edildi, müxalif lider ölkəyə qayıtdı


Zimbabvenin keçmiş baş naziri, müxalifətin lideri Morqan Svaqiray ölkəsinə geri dönüb.

Manevr.az xəbər verir ki, bu barədə informasiyanı “Skay Nyus” televiziyası yayıb. Svaqirayla birgə ölkəyə iki dövlət naziri də gəlib.

Qeyd edək ki, dünən Zimbabver ordusu paytaxt Harareyə daxil olub. Ordu dövlət televiziyasının binasını ələ keçirib.

Ordunun şəhərə girməsindən sonra Prezident Muqabe girov götürülərək, faktiki olaraq hakimiyyətdən uzaqlaşdırılıb. Hökumətə rəhbərlik vitse-prezident Emmerson Mnanqaqvuya verilib. Muqabenin girov götürülməsindən sonra onun həyat yoldaşı ölkədən qaçıb.

Muqabe 1980-ci ildən Zimbabveni idarə edir.

Svaqiray 2008-ci ildə Zimbabvedə keçirilən prezident seçkisinin 1-ci turunda qələbə qazandıqdan sonra o, Muqabe tərəfindən həbs etdirilib. Nəticədə seçkinin ikinci turunda Muqabe qalib gəlib. O, Svaqirayı baş nazir təyin edib, amma müxalif lider bu vəzifədə 4 ildən çox işləyə bilməyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar