Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu ölkədə hökumət bakirə qızların sayının getdikcə artmasından narahatdır - ŞOK HESABAT

Tarix: 20-09-2016 18:37     Baxış: 3545 A- / A+
Bu ölkədə hökumət bakirə qızların sayının getdikcə artmasından narahatdır

Yaponiya dünyanın ən yaşlı əhalisinə malik ölkədir. Doğum nisbəti getdikcə azalan ölkədə evlilik faizi də aşağı enib. Yaponiya hökumətinin evlənməyə və uşaq sahibi olmağa vadaredici bütün səylərinə baxmayaraq vəziyyətin heç də ürəkaçan olduğu deyilə bilməz.

Ölkə.az xəbər verir ki, "Japan Times" qəzetinin dərc etdiyi məqalədə qeyd edilir ki, yeni keçirilən sorğunun nəticəsinə görə 18-34 yaşlı evli olmayan kişilərin 70%-nin, evli olmayan qadınların isə 60%-nin sevgilisi yoxdur.

Hökumət tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, ölkədə bakirə qızların sayında da artım müşahidə olunur. Sorğuda iştirak edən kişilərin 42%-i ilə qadınların yüzdə 44%-i qarşı cinslə heç vaxt intim münasibətdə olmadıqlarını qeyd ediblər.

Bu sorğu Yaponiya Milli Əhali və İctimai Təhlükəsizlik Araşdırma İnstitutu tərəfindən hər beş ildən bir hökumətin sifarişi ilə həyata keçirilir. Tədqiqatın ilk dəfə keçirildiyi 1987-ci il tarixində kişilərin 48,6%-i, qadınların isə 39.5%-i subay olub. 2010-cu ildə 18-34 yaş arası kişilərin 36%-i, qadınların isə 38.7%-i intim münasibət qura bilmədiklərini etiraf ediblər.

Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi hökumət 2025-ci ilə qədər ölkədə doğum nisbətini 1.4% ilə 1.8% arasında artırmağı hədəfləyir. Hökumət uşaq sahibi olmağı düşünən ər-arvadlara vergi güzəştləri tətbiq edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar