Sizin Reklam Burada
Xəbər lenti
12-11-2025
11-11-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə bu ölkədəki səfirini dəyişdi

Tarix: 20-09-2016 17:24     Baxış: 514 A- / A+
Türkiyə bu ölkədəki səfirini dəyişdi


Türkiyənin Almaniyadakı səfiri Hüseyin Avni Karslıoğlunun mərkəzi aparata çağırılması haqda qərar qüvvəyə minib.

Türkiyə Xarici İşlər Nazirliyinin bu qərarı “Resmi Gazete”də dərc olunub. H.A.Karslıoğlunun yerinə Almaniyadakı səfir vəzifəsinə Əli Kamal Aydın təyin olunub. Xatırladaq ki, H.A.Karslıoğlu əvvəl Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində çalışıb.

Türkiyənin İrlandiyadakı səfiri Nəcib Egüz, Tailanddakı səfiri Osman Bülənt Tulun, Türkiyənin UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri Hüseyin Avni Botsalı, Sinqapurdakı səfiri Hakkı Taner Seben, Myanmardakı səfiri Murat Yavuz Ateş, İordaniyadakı səfiri Sedat Önal və Qambiyadakı səfiri Ergin Soner də mərkəzi aparata çağırılıb Qərara əsasən Avropa İttifaqı müstəşarı Rauf Engin Soysal Türkiyənin ATƏT yanındakı nümayəndəliyinin, XİN-də baş direktor vəzifəsini tutan Ahmet Altay Cengizlər UNESCO yanındakı daimi nümayəndəliyin rəhbəri təyin olunublar.

Türkiyə XİN-in müşaviri Ali Rifat Köksal Tacikistana, XİN müşaviri Nuri Kaya Bakkalbaşı Kosta-Rikaya, xüsusi müşavir Murat Lütem Sinqapura, XİN baş direktor müavini Haydar Kerem Divanlıoğlu Myanmara, Monqolustandakı səfir Murat Karagöz İordaniyaya, Afina baş konsulu İsmail Səfa Yüceer Qambiyaya səfir təyin ediliblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar