Xəbər lenti
Məktəbə getmək üçün hər gün çox təhlükəli olan 800 metr hündürlüyündəki dağa çıxırlar - FOTOLAR
Çinin cənub-qərbində yerləşən, ətraf ərazidən təcrid olunmuş bir kənddə yaşayan uşaqlar məktəbə getmək üçün hər gün olduqca təhlükəli bir yola çıxırlar.
Məktəbə getmək üçün onlar bir dağ aşmaq, buna görə yüzdən çox pilləsi olan bir nərdivanla yuxarıya qalxmaq məcburiyyətindədirlər.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Atulər kəndinin uşaqları hər səhər 800 metr yüksəkliyi olan dağı aşaraq məktəbə gedirlər. Çox təhlükəli olan bu yolu onlar 90 dəqiqəyə qət edirlər. Bu təhlükəli yolda ən kiçik bir diqqətsizlik uşaqların ölümünə səbəb ola bilər. 72 ailənin yaşadığı kənddə ərazi dağlıq olduğu üçün məktəb binası tikməyin mümkün olmadığını bildirirlər. Kənd sakinləri indiyədək 8 nəfərin bu yolu gedərkən həyatını itirdiyini, bir çox adamın da yaralandığını söyləyirlər.
Uşaqların fotosunu çəkən Ken Jie bu mənzərəni görəndə şok olduğunu vurğulayıb, həmin fotoşəkillərin kənd sakinlərinin taleyini dəyişdirəcəyinə inandığını ifadə edib.
“Kənd sakinləri gündə bir dollardan az qazanaraq yaşamağa çalışırlar. Onlar çox kasıbdırlar. Ətraflarında ancaq quru divarlar var. Heç bir evdə mebel avadanlıqları yoxdur. Modern dünyada bu, necə mümkün ola bilər?”- fotoqraf Ken Jie açıqlamasında belə deyib.
Qeyd: Bu, dünyanın supergüclərindən biri Çində olan mənzərədir. Ən ucqar dağ kəndində belə müasir məktəb binalarının olduğu ölkəmizin qədrini bilək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar