Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünya yeni müharibənin astanasında — QORXUNC PROQNOZLAR

Tarix: 09-11-2017 09:15     Baxış: 4571 A- / A+
Dünya yeni müharibənin astanasında


Yəməndən Səudiyyə Ərəbistanı ərazisinə ballistik raket atılıb. Yəməndən Kral Xalid beynəlxalq hava limanına atılan raketlər savaş elanı kimi dəyərləndirilib. Bununla da, ərəb koalisiyası Yəmənlə hava və su əlaqələrini kəsməyə qərar verib. Səudiyyə Ərəbistanından isə bildirilib ki, Yəmənin bu həmləsinin arxasında İran dayanır.

Bu gərginlik regionda müharibəyə səbəb ola bilər. Dünya siyasətçiləri belə düşünürlər. Azərbaycanlı siyasətçilər də məsələyə birmənalı yanaşmırlar. Politoloq İlqar Altay “Ölkə.Az”a açıqlamasında bildirib ki, Körfəzdə və Orta Şərqda, ümumiyyətlə ərəb ölkələri olan bölgələrdə həmişə ziddiyət olub. Onun sözlərinə görə, münaqişələr əvvəllər donmuş halda idi, lakin indi bu məsələlər zaman keçdikcə aktivləşir və böyüyür.

“Son zamanlar sanki İran aktivləşib. Bir zamanlar İran embarqo altında idi və sakit dayanmışdı. Hazırda onu Suriyada, Yəməndə aktiv hərəkətlərdə görmək olur. Hizbullah qruplaşması da İranın tərəfindədir. İraqın özündə də İranın fəaliyyətini hiss etmək mümkündür. Bu da boş yerə deyil. Hiss edilir ki, İranın arxasında böyük bir qüvvə dayanır. Bu qüvvə Rusiyadır. Bununla da, açıq şəkildə görmək olar ki, son zamanlar bu bölgələrdə baş verən münaqişələrin səbəbkarı ABŞ, Qərb dövlətləri və Rusiya arasında olan gizli münaqişənin təzahürləridir. Məhz regionda qarışıqlığı yaradan bu qüvvələrin öz mənafeyini güdmələri, oradakı üstünlüyü əldə etmək istəyidir. Rusiya Amerikaya qarşı özünü göstərmək niyyətidir”, - deyə politoloq bildirib.

İ.Altay deyir ki, müharibə qığılcımları Körfəzdə alovlana da bilər: “Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər varlı ərəb ölkələri əvvəllər hərbiyə o qədər üstünlük vermirdilər. Lakin indi onlar özləri üçün hərbi potensial toplamağa başlayıblar. Onlar artıq özlərində hərbi birlik yaratmağa məcburdular”.
Siyasətçinin fikrincə, hazırda İran da özünə çox arxayındır: “Onlar öz güclərini hərbiyə yönəldiblər. Sovet sistemindəki quruluş kimi bütün iqtisadiyyatı hərbiyə yönəldiblər. Yəni hazırda İran hər zaman döyüş vəziyyətində olan dövlətdir. Əgər təkbətək qalsalar, düşünürəm ki, İran Səudiyyə Ərəbistanından müəyyən qədər üstünlük əldə edə bilər. Lakin bu belə olmayacaq. ABŞ və digər güc dövlətləri İranın üstün olmasına imkan verməyəcəklər”.

Son olaraq İ.Altay bölgədə müharibənin olacağını istisna etmədiyini bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar