Sizin Reklam Burada
Xəbər lenti
16-09-2026
15-09-2026
BÜTÜN XƏBƏRLƏR

Sərkisyanın Moskva səfəri: Putinin təlimatları ... - Şərh

Tarix: 08-11-2017 09:55     Baxış: 5472 A- / A+
Sərkisyanın Moskva səfəri: Putinin təlimatları


Brüssel sammitindən öncə Sərkisyan Moskvada Rusiya tərəfindən təlimatlandırılacaq.

Bu sözləri axar.az-a açıqlamasında Ermənistan prezidentinin Moskva səfərini şərh edən politoloq Arzu Nağıyev deyib. Ekspert Moskvada keçiriləcək Ermənistan mədəniyyət günlərinin sadəcə bəhanə olduğunu bildirib:

“Məlum məsələdir ki, regionda bu gün nüfuz məsələsi həll olunur. İstər ABŞ, istərsə Rusiya daxil olmaqla digər supergüclər müəyyən münaqişələrin həllində nüfuz sahibi olmaq uğrunda savaş aparırlar və hazırda buna uyğun olaraq da müvafiq siyasət yürüdürlər”.

Politoloq Ermənistan prezidentinin Moskvada Vladimir Putinlə müzakirə edəcəyi məsələlərə də aydınlıq gətirib:

“Çox güman ki, Moskvada Bakı-Tiflis-Qarsla bağlı danışıqlar aparılacaq. BTQ-yə qoşulmaq İrəvanın çoxdankı arzusudur. İrəvan bir sıra istiqamətdə siyasi gedişlərə əl ataraq Moskvadan təlimatlar alacaq.

İkincisi, Ermənistan və Rusiya prezidentlərinin istər rəsmi, istərsə də qeyri-rəsmi görüşlərində Dağlıq Qarabağ münaqişəsi gündəmdə olacaq. Bir sözlə, Sərkisyanın Moskvaya səfəri Ermənistanın Rusiya tərəfindən təlimatlandırılması prosesi hesab oluna bilər”.

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan noyabrın 15-də Rusiyaya səfər edəcək. S.Sərkisyan Moskvada Ermənistan mədəniyyət günlərinin açılışında iştirak edəcək. Onunla bərabər Moskvaya parlament sədri, müdafiə naziri və deputatların gəlişi gözlənilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar