Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ordudan rüsvayçılıqla qovulub – 26 şəxsin qatili bilindi

Tarix: 06-11-2017 12:51     Baxış: 6412 A- / A+
Ordudan rüsvayçılıqla qovulub – 26 şəxsin qatili bilindi

ABŞ-ın Texas ştatında “Birinci Baptist” kilsəsinə silahlı hücum təşkil edən Hərbi Hava Qüvvələrində xidmət etmiş Devin Kelli adlı şəxsdir.

Bu barədə CBS telekanalı informasiya yayıb.

Telekanalın rəsmi saytında Devin Kellinin fotosu yerləşdirilib və onun 1991-ci il 21 fevral tarixində anadan olduğu göstərilib.

“Onun 26 yaşı var. 2010-cu ildən 2014-cü ilə qədər Hərbi Hava Qüvvələrində xidmət edib. 2014-cü ilin mayında tribunala verilib və rüsvayçılıqla xidmətdən qovulub”, - xəbərdə qeyd olunub.

Hazırda qatilin terror qruplaşmaları ilə əlaqəsinin olub-olmadığını yoxlamaq üçün sosial şəbəkə hesabları, xüsusən hücumdan əvvəlki bir neçə gün ərzindəki yazışmaları yoxlanılır.

Qeyd edək ki, silahlı hücum nəticəsində 26 nəfər ölüb, 20 şəxs yaralanıb. D.Kellinin də öldüyü bildirilir, ancaq onun atışma zamanı zərərsizləşdirildiyi, yaxud intihar etdiyi bəlli deyil.(Axar.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar