Xəbər lenti
Vyetnamda fırtına: 11 ölü, itkin düşənlər var

Şənbə günü Vyetnamın mərkəzi vilayətlərində tüğyan edən fırtına 11 nəfərin həyatına son qoyub, çox sayda insan itkin düşüb.
Sinxua agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, güclü külək Dananq şəhərinin çimərlikləri boyunca uzanan əsas avtomobil yollarında reklam şitlərini zədələyib. Noyabrın 6-dan 11-dək bu şəhərdə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatı (APEC) liderlərinin sammitinin keçirilməsi planlaşdırılır.
Bir qədər əvvəl məlumat verilib ki, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp, Yaponiyanın Baş naziri Sinzo Abe, Çin Xalq Respublikasının Sədri Si Çinpin və bir çox digər dünya liderləri sammitdə iştirak etmək niyyətindədir.
Agentlik qeyd edir ki, yerli hakimiyyət orqanları baş verə biləcək fırtına, daşqın və sunami zamanı sammit iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün bir neçə plan hazırlayıblar. Meteoroloqların proqnozlarına əsasən, fırtına şənbə günü axşam Vyetnamdan keçərək Kambocanın cənub vilayətlərinə çatacaq. Bununla belə, Vyetnamın mərkəzi regionunda yağışlı və küləkli hava müşahidə edilə bilər.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar