Xəbər lenti
İki ölkə 7 hissəyə bölünəcək, İsrailə .. - ABŞ-ın 2018-ci il planı ORTAYA ÇIXDI

ABŞ-ın 2018-ci ilin ikinci yarısında İraq və Suriya ilə bağlı həyata keçirmək istədiyi plan ortaya çıxıb.
Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, ABŞ Şimali İraqda peşmərgəni, Suriyada isə PYD-ni (PKK-nın Suriya qanadı hesab edilir – red.) legitimləşdirmək üçün iki ölkədə 7 yeni dövlət elan etməyə hazırlaşır.
Türkiyə nəşrinə bu haqda Suriyada uzun müddətdir vəzifədə olan və 2013-cü ildə müxalifətin sıralarına keçən yüksək vəzifəli bir hərbçi danışıb. ABŞ-ın planına görə, İraqda sünnilərə dar bir ərazi verilir. Tikrit, Səlahəddin, Anbar və Fəllucə sünnilərə, Ərbil, Duhok, Hələbcə və Süleymaniyyə bölgələri peşmərgəyə, Bağdad-Nasiriyye-Kadisiyye-Nəcəf dəhlizi isə şiələrə “pay düşür”

Suriyada Aralıq dənizindən başlayaraq Lazkiye-Tartus-Dəməşq xəttini Nüseyri federal bölgəyə daxil edən ABŞ, Suveyda-Golan-Kuneytra xəttini dürzilər üçün ayırıb. Suriyalı hərbçinin sözlərinə görə, Suveyda-Golan xəttində federal status veriləcək ərazi dürzilər bəhanə edilərək yalnız İsrailin təhlükəsizliyi üçün formalaşdırılacaq.
“ABŞ-ın buradakı hədəfi Livan-Suriya sərhədində İsrailə daha geniş meydan yaratmaq və “Hizbullah” üçün nəzərdə tutulan dəhlizə mane olmaqdır.

ABŞ-ın nəzərdə tutduğu xəritədə Hələb, Xama və İdlib sünnilərə verilib. Haseke, Deyr-ez-Zorun şimalı, Rakka, Münbiç və Qamışlı xəttində isə PYD-nin “terror dövlət”i yaradılır. Müxalifət hərbçisinin sözlərinə görə, Suriyada istismar edilən neft ərazilərinin 65 faizi PYD-nin nəzarətindədir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































