Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Britaniyanın müdafiə naziri tərbiyəsiz hərəkətə görə istefa verdi -FOTOLAR

Tarix: 02-11-2017 09:12     Baxış: 5309 A- / A+
Britaniyanın müdafiə naziri tərbiyəsiz hərəkətə görə istefa verdi


Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon istefa verib.


"Davranışım və hərəkətlərim Britaniya hərbçiləri uçun nəzərdə tutulmuş standartlara uyğun olmayıb", - Fellon deyib.

Milli.Az CNN-ə istinadən xəbər verir ki, M.Fellon jurnalist Culiya Hartli-Brüerlə davranışına görə üzr istəyib.

Milli.Az The Guardian-a istinadən bildirir ki, hələ Britaniya parlamentinin üzvü olanda, 2002-ci ildə o, jurnalist qadına sataşıb.

M.Fellon Britaniya parlamentində təcavüz cəhdləri və tərbiyəsiz davranışla bağlı başlanan qalmaqalda adı açıqlanan ilk nazirdir.

Belə davranış nümayiş etdirmiş siyasətçilər arasında 2 nazir var. Siyahıda habelə, Britaniya Mühafizəkarlar Partiyasından olan 37 deputat da yer alıb.

Fellonla Hartli-Brüerin dost olduqları deyilir.

"Maykl hələ 15 il əvvəl həddini aşdığını etiraf etmiş, Culiyadan üzr istəmişdi", - müdafiə nazirinin dostlarından biri deyib.

Britaniya siyasətçilərinin "biabırçılıq və tərbiyəsizlik siyahı"sını parlamentin adi əməkdaşlarının hazırladıqları vurğulanır. Deputatların adları hələlik açıqlanmır.

Siyahıda deputatların əməlləri "əl-qol atırdı", "qadınlara susmaları üçün pul verirdi", "əməkdaşı olan qadınlara əxlaqsız təkliflər edirdi", "içib sərxoş olandan sonra qadınlara sataşırdı", "kişilərə sataşırdı və çox içirdi" kimi şərh olunub.

Culiya Hartli-Brüerin dediyinə görə, 2002-ci ildə yaşanmış olayı seksual təcavüz cəhdi, özünü də təcavüz qurbanı saymır.

"Partiya konfransı çərçivəsindəki şam yeməyi zamanı əlini bir neçə dəfə dizimə qoydu. Mən də nəzakətlə dedim ki, bir də belə eləsə, üzünə şillə vuracağam. Əlini çəkdi. O vaxtdan bəri problemimiz olmadı. Baş verəni adi insident sayıram", - jurnalist xanım deyib.

Manevr.az


Britaniyanın müdafiə naziri tərbiyəsiz hərəkətə görə istefa verdi
Britaniyanın müdafiə naziri tərbiyəsiz hərəkətə görə istefa verdi
Britaniyanın müdafiə naziri tərbiyəsiz hərəkətə görə istefa verdi
Britaniyanın müdafiə naziri tərbiyəsiz hərəkətə görə istefa verdi
Britaniyanın müdafiə naziri tərbiyəsiz hərəkətə görə istefa verdi
Britaniyanın müdafiə naziri tərbiyəsiz hərəkətə görə istefa verdi
Britaniyanın müdafiə naziri tərbiyəsiz hərəkətə görə istefa verdi
Britaniyanın müdafiə naziri tərbiyəsiz hərəkətə görə istefa verdi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar