Xəbər lenti
Kataloniyanın başçısı qadın oldu

Kataloniya başçısının səlahiyyətləri İspaniya Baş nazirinin müavininə verilib
İspaniyanın Baş naziri Mariano Rahoy Kataloniya hökumətinin (jeneralitet) başçısı Karles Pumdemonun funksiyalarını öz üzərinə götürüb və onu birinci müavini Sorayya Seans de Santamariyaya ötürüb.
Bundan sonra İspaniyanın Nazirlər Şurası Kataloniya Hökuməti Şurasının səlahiyyətlərini icra edəcək.
Karles Pumdemon sənəd rəsmən dərc olunandan sonra postunu tərk etməlidir. Onun bundan boyun qaçırması isə hakimiyyətin qəsb olunması kimi qiymətləndiriləcək.
Xatırladaq ki, oktyabrın 27-də Kataloniya parlamenti müstəqilliyin elan olunması haqqında qətnaməyə səs verib. Bundan bir saat sonra İspaniya senatı Kataloniyaya qarşı ölkə konstitusiyasının indiyə qədər istifadə olunmayan 155-ci maddəsini işə salmaq barədə qərar qəbul edib. Baş nazir Mariano Rahoy Kataloniya hökumətinin başçısı Karles Puçdemonu və hökumət üzvlərini rəsmən vəzifədən kənarlaşdırıb. Həmçinin regional parlament buraxılıb və dekabrın 21-də növbədənkənar seçkilər təyin olunub.istipress
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Təqvim
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar