Xəbər lenti
Bu ölkələrdə qadınlar hələ də təhlükədədir
21-ci əsrdə yaşamağımıza baxmayaraq, dünyanın bir çox yerində hələ də qadınlar təhlükə şəraitdə yaşayır. Hər gün yüzlərlə qadın təcavüzə məruz qalır, insan alverinin qurbanına çevrilir.
Teleqraf.com xarici KİV-ə istinadla dünyada qadınlar üçün ən təhlükəli beş ölkəni sizə təqdime dir.
1. Kolumbiya. Bura qadınların ən çox şiddətə məruz qaldığı ölkələrin ilk sırasında yer alır. Şiddətə məruz qalan qadınların əksəriyyəti barədə hüquqi araşdırılmır aparılmır. Təkcə 2015-ci ildə 45 min qadın məişət zorakılığının qurbanı olub.
2. Əfqanıstan. Bu ölkədəki qadınların 87%-i savadsız və 80%-ə yaxını 15-19 yaş arasında zorla evləndirilir. Hər 100 mində 400 qadın erkən yaşda evləndiyi üçün doğum əsnasında həyatını itirir.
3.Hindistan. Dünyanın ən çox əhaliyə malik ikinci ölkəsidir. Eyni zamanda, bu ölkə qadınlar üçün ən təhlükəli üçüncü ölkə hesab olunur. Qadınlar tez-tez kütləvi təcavüzə, ailə içi şiddətə məruz qalır, insan alverinin qurbanına çevrilir. Yenicə dünyaya gələn qız uşaqlarının öldürülməsi hadisəsinə sıx rast gəlinir. Son 30 ildə 50 milyondan çox qız uşağı anadan olan kimi öldürülüb.
4.Konqo Demokratik Respublikası. Araşdırmalar görə, Konqo gender qeyri-bərabərliyinə görə ən pis ölkələrdən biridir. Təqribi hər gün 1150 qadın təcavüzə məruz qalır. Bu da illik 420 min qadın deməkdir. Səhiyyə baxımından da ölkədə vəziyyət acınacaqlıdır. Hamilə qadınların 57%-i anemiya xəstəliyindən əziyyət çəkir.
5.Somali. Ölkə qanunvericiliyində qadınları müdafiə edən qanunlarda ciddi əksikliklər mövcuddur. Qadınlar sıx-sıx təcavüzə məruz qalır. Qadınların doğuş zamanı ölümləri, uşaq yaşda evliliklər nisbəti olduqca yüksəkdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar