Xəbər lenti
14 yaşlı model çox işləməkdən öldü


Rusiyalı model Vlada Dzyuba 14 yaşında dünyasını dəyişib.
Mynews.az xarici mediaya istinadən xəbər verir ki, Çinin Şanxay şəhərində təşkil edilən dəfiləyə qatılan gənc modelin ölümünə səbəb 12 saat podiumda qalmasıdır. Gərgin iş rejimindən sonra halı pisləşən və xəstəxanaya yerləşdirilən Vlada iki gün reanimasiyada qaldıqdan sonra həyatla vidalaşıb. Modelin meningit xəstəliyindən öldüyü deyilsə də, onun dünyadan köçməsinə iş qrafikinin də səbəb olduğu iddialar arasındadır.
Gündə cəmi 3 saat işləməli olan V.Dzyuba bunu 4 dəfə çox edib. Vladanın anası Oksana Dzyuba açıqlamasında qızının çox işləmək məcburiyyətində olduğunu və sonuncu dəfə ona zəng edəndə çox yorğun olduğunu dediyini bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































