Xəbər lenti
Peşmərgə əks hücuma keçdi, İraq ordusu geri çəkilir
Mosulun şimal-qərbində və cənubda İraq ordusu ilə Peşmərgə arasında şiddətli qarşıdurmalar davam edir.
Şimali İraq Kürd Muxtariyyəti Təhlükəsizlik Agentliyi sosial mediada qeyd edib ki, İraq ordusu və onlara dəstək verən Haşdi Şabi Mosulun qərbinə 4 tərəfdən hücum ediblər. Açıqlamada bildirilib ki, İraq qüvvələri və Haşdi Şabi döyüşçüləri Bardiyə və Hamad Ağa kəndindən Ayn Uveysə, Muşrəftən Sufaya, Rabia qəsəbəsindən Mahmudiyəyə qədər Peşmərgənin əlində olan bölgələri almaq istəyir.
İraq ordusunun 16-cı Taborundakı polkovnik Hüseyn Anbaki isə bildirib ki, Mosulun cənubundakı Mahmurun xaricində yerləşən Peşmərgə, İraq ordusunun bəzi bölgələrdən geri çəkilməsindən sonra bölgənin mərkəzinə girib: “Mahmurun mərkəzinə çatan Peşmərgə qüvvələri bələdiyyə binasından təxminən 200 m məsafədə yerləşib”.
Məlumata görə, səhər saatlarından başlayaraq həmin bölgədə şiddətli qarşıdurma davam edir. Anbaki bildirib ki, ərazinin 70%-nin nəzarəti Peşmərgə qüvvələrinə keçib.
İraq ordusunun 16-cı Tabordakı digər polkovniki Kazım Hüseyn əl-Musəvi isə bildirib ki, Şimali İraq Kürd Muxtariyyəti Peşmərgə və İraq qüvvələri arasındakı qarşıdurma səbəbilə Ərbil, Duhok və Mahmurdan Mosula gedən 3 əsas yolu nəqliyyatın hərəkəti üçün bağlanıb.
Məlumatda bildirilir ki, İraq qüvvələri, Haşdi Şabi və Peşmərgə qüvvələri arasında Mosulun şimal-qərbindəki Mahmur və Kərkükün şimalında Altınkörpü qəsəbəsində başlayan şiddətli qarşıdurmalar davam edir.metbuat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar