Xəbər lenti
Robot ilk dəfə gözdə mürəkkəb əməliyyat apardı
Oksford Universitetinin cərrahları ilk dəfə məsafədən idarə edilən robotdan gözdə cərrahiyyə əməliyyatı aparmaq üçün istifadə ediblər.
Manevr.az-ın ICTnews.az-a istinadən xəbərinə görə, yeni robot insan əli ilə qeyri-mümkün olan yüksək dəqiqlik nümayiş etdirib.
Xəstənin dərisinin ən kiçik dəliklərində aparılan cərrahiyyə əməliyyatları bərpa vaxtını və xəstələnmə riskini azaldır. Cərrahlar orqanizmə kiçik kəsiklər və ya təbii dəliklər vasitəsilə düşə bilən ən incə alətlərdən istifadə edirlər. Lakin insan əli belə əməliyyatları yerinə yetirmək üçün lazım olan dəqiqliyə malik deyil.
Oksford Universitetində ilk dəfə məsafədən idarə edilən robot vasitəsilə xəstənin gözünün torlu qişası üzərində kiçik xəstə nahiyənin kəsilib götürülməsi üzrə əməliyyat keçirilib. Oxşar əməliyyatı eyni dəqiqliklə keçirmək üçün adi cərrah nəfəs almamalı və öz ürəyinin vurmasını dayandırmalıdır. Çünki hətta ən kiçik tərpənmə əməliyyatı uğursuz edə bilər.
Cərrahlar özündə bir-birindən asılı olmayaraq idarə edilə bilən yeddi motoru birləşdirən robotlaşdırılmış torlu qişanın yarılması qurğusundan istifadə ediblər. Bu, 1000 millimetrədək dəqiqliyə nail olmağa imkan verib. Qurğu xəstənin gözünün içinə təxminən 1 millimetr ölçüsündə dəlikdən daxil olub.
Əməliyyat yeni robot üçün ümumilikdə müxtəlif problemli 12 xəstənin iştirak edəcəyi sınağın ilk mərhələsi olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar