Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Erməni meri maşında güllələdilər

Tarix: 17-09-2016 11:34     Baxış: 3593 A- / A+
Erməni meri maşında güllələdilər

Manevr.az

Ermənistanın Eçməzdin şəhərində mer seçkiləri ərəfəsində vəziyyət gərginləşib, şəhərdə atəş səsləri eşidilib.

Məlumata əsasən ötən gün axşam saat 23:00 radələrində paytaxt İrəvandan geri qayıdan Eçməzdin şəhərinin meri Karen Qriqoryanın avtomobili atəşə tutulub. Hadisə zamanı Qriqoryan qardaşı ilə birgə avtomobildə olub. Hadisə zamanı mer xəsarət almayıb.

Erməni KİV-lərin yaydığı xəbərə görə, Qrioqryanın avtomobilinə Eçməzdin meriyasına digər namizəd Artur Tumanyan və sabiq merin qardaşı oğlu Qraçik Abqaryan atəş açıb.

İnsidentdən sonra tərəflər arasında dava düşüb. Nəticədə Tumanyan və Abqaryan ciddi xəsarət alıb. Hazırda onların hər ikisi xəstəxanadadır.

Karen Qriqoryanın ofisindən “News.am”-a bildirilib ki, hazırda hüquq–mühafizə orqanlarında insidentlə başlı araşdırma aparılır.

“Abqaryan və Tumanyanı döyüblər, onlar hazırda xəstəxanadadılar”-deyə qeyd olunub. Şəhərdə vəziyyətin gərgin olduğu, təhlükəsizik tədbirlərinin gücləndirildiyi deyilir.

Qeyd edək ki, Eçməzdində mer seçkiləri sentyabrın 18-i keçiriləcək. AzVision.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar