Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Valideynlərini məhkəməyə verdi - pul vermədiklərinə görə

Tarix: 17-09-2016 08:55     Baxış: 3513 A- / A+
Valideynlərini məhkəməyə verdi

Çin vətəndaşı olan 29 yaşlı Kunq Senksun valideynlərindən pul istəyib və sonuncular ona etiraz etdiyi üçün məhkəməyə müraciət edib. Kunq məktəbi bitirdikdən sonra ağac işləməsi və bərbərlik üzrə kurs keçib.

Bundan sonra qısamüddətli də olsa, bərbər işləyib. İş yerində “yanlışlıqla” oğurluq etdiyi üçün döyülüb və işdən qovulub. Bundan sonra o, heç yerdə işləməyib. Beləliklə, Kunq tüfeyli həyat sürərək valideynlərinin evində yaşamağa başlayıb. O, bütün gününü yatmaq və telefonla oynamaqla keçirib.

Onun bu davranışından bezən valideynləri övladlarından yaxa qurtarmaq istəyiblər. Valideynləri Kunqdan evi tərk etməyi tələb ediblər. Kunqun atası deyir: “O, hər dəfə zəng edib bizdən pul istəyir. Düşünür ki, valideynləri onu maliyyə cəhətdən təmin etməlidir. Mənim heç işləmək üçün gücüm qalmayıb. O isə gəncdir, işləyə bilər. Nəyə görə o, bizə maliyyə yardımı etməsin?”

Kunq valideynlərini məhkəməyə vermək üçün vəkil tutub. İncəsənət məktəbində portret model kimi işə düzələn gənc deyir ki, işi yorucudur və stabil qazancı yoxdur. Çinli gənc hesab edir ki, valideynlərinin onu təmin etmək üçün kifayət qədər gücü olsa da, kömək etmirlər. Bu da onun məhkəməyə müraciət etməsinə səbəb olub.(musavat.com)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar