Sizin Reklam Burada
Xəbər lenti
11-08-2025
10-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ayda nəhəng tunel aşkarlandı -FOTO

Tarix: 20-10-2017 09:41     Baxış: 5296 A- / A+
Ayda nəhəng tunel aşkarlandı


Yaponiya Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyi (JAXA) Aya göndərdiyi "Kaquya" süni peykinin çəkdiyi görüntülərdə Ayın səthində tunelə bənzər nəhəng boşluq aşkarlanıb.

Manevr.az xəbər verir ki, 2007-ci ildə "Kaquya" orbital zondu təxminən 18 ay ərzində Ay səthini təhlil edib. Radar vasitəsilə agentliyə göndərilən şəkilləri incələyən mütəxəssislər bu maraqlı nüansın nə olduğunu araşdırıb.

JAXA-da orbital zondun Ay missiyası çərçivəsində göndərdiyi fotoşəkillər vasitəsilə Ayın səthini təhlil edən alimlər tunel kimi görünən nəhəng boşluğun Marius adlı vulkanik yüksəkliyin tam aşağı nahiyəsində yerləşdiyini deyiblər. Bu boşluğun 3,5 milyard il əvvəl vulkan partlayışı zamanı yarandığı ehtimal olunur. Tunelin uzunluğu 50 kilometr olaraq hesablanıb. Diametri 50 metr olan boşluq birbaşa Ayın səthinə uzanır. Alimlərin fikrincə, tunelin torpağın altında yerləşməsi gündüz və gecə saatlarında temperaturun kəskin dəyişməsinin, eləcə də kosmosdan gələn radiasiyaların qarşısını alır. Burada tərkibində su olan mineralların da mövcudluğu da ehtimal olunur.

Qeyd edək ki, Yaponiya 2025-ci il üçün Aya astronavtlar göndərməyi planlaşdırır. (publika.az)

Ayda nəhəng tunel aşkarlandı
Ayda nəhəng tunel aşkarlandı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar