Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İrandan “Böyük Ermənistan”a dəstək

Tarix: 14-10-2017 15:59     Baxış: 6499 A- / A+
İrandan “Böyük Ermənistan”a dəstək


Sarkisyanın Tehran səfəri ənənəvi erməni xəstəliyini gücləndirib.

İrəvanda Ermənistanı regional lider sayan siyasi ekspert tapılıb və bu, qonşu ölkələrlə yanaşı, bu ölkənin siyasi elitasını heyrətə salıb.Manevr.az İstiPress-ə istinadən məlumatına görə, bu cür iddianı erməni siyasi şərhçi Arman Vaneskaqyan “Sputnik Armeniya” portalında yazdığı məqaləsində bildirib.
Noyabrın 1-də Tehranda Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani və Azərbaycan prezidenti İlham Əliyev arasında keçiriləcək ikinci üçtərəfli sammitdən bəhs edən müəllif bunun Serj Sarkisyanın Tehran səfərini kompensasiya etmək məqsədi ilə keçirildiyini iddia edir. Arman Vaneskaqyan Putinin Tehran səfərini də Sarkisyanın Tehran səfəri ilə bağlayır.
Məqalə sanki tarixi birdən-birə 300 il arxaya, 18-ci əsrin əvvəllərinə atır. Onda azərbaycanlı Nadir şah Əfşarın rəhbərlik etdiyi İran dünya səviyyəli superdövlət, Pyotr Rusiyası isə Krımın vassallığından yenicə qurtulmuşdu. Muğan qurultayından sonra Gəncə və İrəvanı idarə edən Qacar ailəsi ilə yeni seçilmiş Nadir şahın düşməninə çevrilmişdi. Nadir şah buna görə, azsaylı erməniləri təmsil edən məlikləri birbaşa özünə tabe etmişdi və yaxın adamına çevirmişdi. Yəni, onda Rusiya liderinin İran qapısına hansısa ermənini minnətçi salması məntiqli idi, amma indi rollar dəyişib və Rusiya dünyanın iki supergücündən biridir. İran isə çətin məqamlarda Rusiyanın yardımına sığınır.
Görünür, Arman Vaneskaqyan insanı 300 il əvvəlin standartları ilə düşünməyə məcbur edən qəribə xəstəliyə tutulub. Ya da Ermənistanda Avrasiya İttifaqına daxil olduqdan sonra bir az da güclənən ruh düşkünlüyünü aradan qaldırmaq üçün ictimaiyyəti ruhlandırmağa çalışır. Amma “Sputnik Armeniya” portalında dərc olunmuş başqa məqalə göstərir ki. birinci variant daha doğrudur və Ermənistanda bu qəribə xəstəliyə tutulmuş adamlar həddindən çoxdur. Yəni, Ermənistana dünyanın inkişaf etmiş tibb mərkəzlərindən psixatrlar ordusu çağırmağın vaxtı çatıb.
Bəhs edilən ikinci məqalədə iddia edilir ki, bəs, İrəvan postsovet məkanında ən qədim şəhərdir və qədimliyinə görə, nəinki Buxaranı və Səmərqəndi, hətta Romanı da geridə qoyur, çünki eradan əvvəl 782-ci ildə əsası qoyulub. Rəsmi tarixə görə, Buxaranın əsası eradan əvvəl 6-cı əsrdə, Səmərqəndin əsası eradan əvvəl 742-ci ildə, Romanın əsası isə eradan əvvəl 753-cü ildə qoyulub.

İrandan “Böyük Ermənistan”a dəstək


İrəvan qalası – rəssam Q.Serqeviç (1796-cı il)
Ermənilərin bu tarixi yalandan uydurması sovet vaxtı əksər ciddi alimlərə bəlli idi. Hər şey 1950-ci illərdə başladı. 1950-ci illərə qədər bütün rəsmi mənbələr İrəvanın tarixinin 1537-ci ildən başladığını göstərirdi. Şəhəri Şah İsmayıl Xətainin əmri ilə qızılbaş sərkərdəsi Rəvanqulu xan Qacar saldırmışdı. Bu barədə əksər tarixçilər, o cümlədən şərqin məşhur salnaməçisi Evliya Çələbi də yazıb.

İrandan “Böyük Ermənistan”a dəstək

Amma birdən-birə ortaya bir Urartu lövhəsi çıxdı və bunun İrəvan yaxınlığında yerləşən Qırmızı təpədən tapıldığı iddia edildi. Ermənilər həmin təpənin adını tələm-tələsik erməni dilinə tərcümə edərək “Karmir blur” qoydular. Ermənilər həmin lövhədə aşkarlanan “RBN” hərflərinin “Erebuni” olduğunu iddia etdilər və bunu İrəvanın adına bağladılar.
Ən maraqlı məsələ isə vaxtilə Urartu qalasının olduğu iddia edilən Qırmızı təpədə ermənilərin düzəltdikləri “qala xarabalıqları” idi. Həmin “xarabalıqları” görən nüfuzlu sovet alimi, SSRİ Elmlər Akademiyasının akademiki İsaak İzraileviç Mints sual veribmiş: “Bu, nə tikilidir, nə fiqurlardır, onları kim qoyub?” Sonra da sual verib ki, bunlar orijinaldırmı? Ermənilər cavab veriblər ki, “Yox bunu biz özümüz qədim Assuriyada və Babildə olanlara oxşadıb, düzəltmişik”. Mints heç nə deməyib və qonaqlıqdan sonra keçirilən mətbuat konfransında bildirib ki, Karmir blurun qədimliyini sübut edən faktların olmaması fantaziya üçün geniş meydan açır. Bu çıxış erməniləri çox məyus edib.

İrandan “Böyük Ermənistan”a dəstək


Erməniləri 1960-cı illərdə “Erebuni”də tikdikləri “Urartu qalası”
Əslində, “RBN” kəlməsinin həmin gil lövhələrdə tapılması məsələsi şübhəlidir. Bəzi tədqiqatçılar lövhələrdə “RBN” hərfi ilə Türkiyənin içərilərində olan bir qaladan bəhs edildiyini bildirirlər. Əslində, ermənilər özü də bu versiyanı qəbul etmirlər. Onların iddiasına görə, bu şəhəri Nuh peyğəmbər salıb və gəmidən Ağrı dağını görəndə ermənicə “Yerevats!”, yəni “o göründü” deyib. Yəni, İrəvanın dünyanın ən qədim şəhəri və erməni dilinin bütün dillərin anası olduğunu iddia edirlər. Elmə, tarixi və mifoloji mənbələrə heç bir dəxli olmayan bu uydurmaya inandıqlarına görə Ermənistanda çoxlarının psixatr yardımına ehtiyacı var.

İrandan “Böyük Ermənistan”a dəstək


Ermənistana pul köçürmələri 2013-2017-ci illərin ilk 8 ayı (mənbə: Ermənistan mərkəzi bankı)
Reallıq isə erməniləri hər şeyə ayıq gözlə baxmağı məsləhət görür. Faktlara müraciət edək: bu ilin yanvar-avqust aylarında Ermənistana xaricdən əmək miqrantaları tərəfindən göndərilən vəsaitlər 1,1 milyard dollar olub. Ermənistanın populyar “News.am” saytı bu barədə yazdığı xəbəri “Ermənilər xaricdən gələn pul köçürmələri hesabına bir təhər sağ qalırlar” adı altında dərc edib. Portalın yazdığı başqa bir xəbərdə isə bildirilir ki, Ermənistan Dövlət Elm Komitəsinin sədri Samvel Arutunyan aşağı maaş üzündən alimlərin Ermənistanı tərk etdiyini bildirib.
Əslində, Ermənistanı təkcə alimlər deyil, böyük əksəriyyət tərk edir. Erməni politoloq Levon Şirinyan bu minvalla 15-20 ilə Ermənistanın tam boşalacağını proqnozlaşdırır. Nə isə. Bir məsələ açıq qalır, görəsən, ermənilər yeni vətənlərinə, məsələn, Şimali Qafqaza bu Nuhla və Urartu ilə bağlı uydurmalarını necə daşıyacaqlar? Amma belə görünür ki, bunun da ehtiyatını görüblər. Məsələn, 1848-ci ildə Şimali Qafqaza köçən ermənilər yeni saldıqları kəndin adını erməni tarixinə uyğun Armavir qoyublar. Sonrası asandır, yəni bir 50 ildən sonra tarix dərslikləridə guya Şimali Qafqazda 2200 il qabaq mövcud olmuş dənizdən dənizə “Böyük Ermənistan” xəritəsinə rast gəlmək ehtimalı çox böyükdür. Onda bütün oyunlar məhz Armavirin üzərində qurulacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar