Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Ədəb qaydalarını öyrənsin” - Ruhanidən Trampa sərt cavab

Tarix: 14-10-2017 10:47     Baxış: 4337 A- / A+
"Ədəb qaydalarını öyrənsin”
İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın verdiyi açıqlamalara münasibət bildirib.

Manevr.az-ın apa-ya istinadən məlumatına görə, H.Ruhani ABŞ prezidenti Donald Trampın Fars Körfəzini Ərəb Körfəzi adlandırmasını tənqid edib və deyib ki, D.Trampın çıxışı küfr və ittihamdan başqa bir şey deyil: "Mən onu tarixi, həm də coğrafiyanı bir dəfə də oxumağa dəvət edirəm. O həmçinin beynəlxalq öhdəlikləri və ədəb qaydalarını öyrənsin”.

H.Ruhani İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) dəstəkləyib və deyib ki, SEPAH güclü bir qüvvədir və xalq həmişə onun yanındadır: "Açıq şəkildə deyirəm ki, biz terrorun qarşısında durmuşuq və durmağa davam edəcəyik”.

H.Ruhani bildirib ki, ABŞ-ın məqsədi İranda iqtisadiyyat və investisiyaya ziyan vurmaq və Hərtərəfli Birgə Fəaliyyət Planının pozulmasına nail olmaqdır.

"Siz İranın raketlərinə görə narahatsınız? Siz bu regionda həmişə təcavüzkar olmusunuz. Bizim raketlərimiz özünümüdafiə üçündür. Daim müdafiə üçün qətiyyətli olmuşuq, bu gün həmişəkindən daha da çox silah istehsal etmək üçün çalışacağıq. İran bundan sonra öz raket istehsal proqramını daha da gücləndirəcək. İrana silah sırf müdafiə üçün lazımdır”, deyə H.Ruhani bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar