Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Türklərin bu ölkəyə girişi qadağan olunacaq

Tarix: 12-10-2017 11:55     Baxış: 3350 A- / A+
Türklərin bu ölkəyə girişi qadağan olunacaq
"Monako” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Beşiktaş”la ev oyununda türk azarkeşlərin stadiona girişini qadağan edəcək.

Manevr.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Avropa Liqasının ötən mövsümü çərçivəsində baş tutmuş "Lion”la səfər oyununda yaşananlardan dərs çıxaran İstanbul təmsilçisi "Monako”ya müraciət edərək, bu qaşılaşmada yaşanacaq hansısa azarkeş qalmaqalına görə məsuliyyət daşımadıqlarını, stadiona türkiyəli azarkeşlərin buraxılmamasını bildirib. "Knyazlıq klubu” bundan sonra matçın keçiriləcəyi "II Lui” stadionunda böyük təhlükəsizlik planı hazırlayıb.

"Monako” türklərin müraciətindən sonra bilet satışını dayandırıb. Hazırda biletlər yalnız şəxsiyyət vəsiqəsi ilə satılır. Türkiyəli azarkeşlərə nəinki bilet satılmaq, hətta oyun günü Monakoya girmək belə qadağan edilib.

Oyunöncəsi "II Lui” stadionunun ətrafında geniş təhlükəsizlik tədbirləri görüləcək. Arenaya keçirilən əşyalar xüsusi cihazla yoxlanılacaq. Bundan əlavə, stadiona daxil olan azarkeşlər matç zamanı arenanı tərk etsələr, geri qayıtmalarına icazə verilməyəcək. Qarşılaşma başladıqdan yarım saat sonra isə arenaya giriş dayandırılacaq.

"Monako” - "Beşiktaş” matçı oktyabrın 17-də keçiriləcək.unikal.org

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar