Xəbər lenti
İntihar etmək istəyən qadını zorladılar

Rusiyanın Omsk vilayətində intihar etmək istəyən qadın təcavüzə məruz qalıb.
Manevr.az Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə 25 yaşlı qadının intihar etmək istədiyi yerə gedərkən baş verib.
Rusiya İstintaq Komitəsinin regional idarəsindən “Omsk” teleradio şirkətinə verilən məlumata görə, qadın əri ilə boşanmadan sonra intihar etmək qərarına gəlib. O, oktyabrın 10-da gecə saat 12:00 radələrində iki yaşlı uşağı nənəsinin yanına qoyaraq körpüyə gəlib.
Qadın yolda naməlum kişinin hücumuna məruz qalıb və zorlanıb. Bu, onun intihar etmək arzusunu artırıb. Lakin təsadüfən oradan keçən taksi sürücüsü onu fikrindən daşındırıb. O, qadını sakitləşdirərək polisə aparıb.
Müstəntiqlər zorlama üzrə cinayət işi qaldırıblar.
“Hazırda şübhəli axtarılır. Zərərçəkənlə psixoloqlar işləyirlər”, - Rusiya İstintaq Komitəsinin regional idarəsinin sədr müavini Larisa Boldinova deyib.publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar