Xəbər lenti
ABŞ nəşri Bakıda cinsi azlıqların "taleyindən" narahatdır
Yenə eyni nəşrlər, yenə qarayaxma. "Nyu York Tayms" "Qardian" qəzetləri yenə öz ampluasındadır. Bu dəfə onlar Azərbaycanda cinsi azlıqların hüquqlarının pozulduğunu iddia edən məqalalər dərc ediblər.
Xəzər xəbər-in məlumatına görə, hər iki mətbu orqanın nəşrində qərəz və sifariş aydın sezilir. Hüquq-mühafizə orqanlarının sentyabrın 15-dən 30-dək keçirdiyi əməliyyat tadbirlərini əsas götürərək Azərbaycanda cinsi azlıqların hüquqlarının tapdandığını, onların sıxışdırıldığını iddia edən nəşrlər məsələnin həqiqi mahiyyətinə ümumiyyətlə toxunmağa lüzum görməyiblər. Halbuki daxili işlər orqanları hələ bir neçə gün əvvəl vətəndaşların müraciəti əsasında şəhərin mərkəzində xüsusi əməliyyat keçirilməsi, onun səbəbi və aparılan araşdırmanın cəmiyyət üçün təhlükəli nəticələri ilə bağlı kifayət qədər təfərrüatlı məlumat yaymışdı.
Məqalədə yeganə doğru olan məlumat belə bir əməliyyatın keçirilməsidir.
İlk növbədə əməliyyatın keçirilməsinə vətəndaşların çoxsaylı müraciəti və narahatlığı zərurət yaradıb. Şikayətlərin əsas məğzi ondan ibarət olub ki, sözügedən azlıqlar şəhərin mərkəzində vətəndaşlara, həbelə əcnəbi turstlərə yaxınlaşaraq onlara pul müqabilində öz əxlaqsız xidmətlərini təklif ediblər. İmtina edənləri isə hətta təhqir ediblər. Bu cür halların çoxalması insanlarda haqlı narahazılıq və narahatlığa səbəb olub. Keçirilən əmliyyat tədbirləri və aparılan araşdırmanın nəticələri isə daha təhlükəli faktları üzə çıxarıb. Belə ki əməliyyat zamanı saxlanılan 83 nəfərin tibbi yoxlanışı zaman onlardan 32-də müxtəlif təhlükəli yolxucu xəstəliklər aşkarlanıb. Onlardan 6-da "AİDS" 6-da "HİV", 16-da "sifilis", 2-də "kəskin uretrit, 2 nəfərdə isə "Hepatit HVC" virusunun daşıyıcısı olub. O faktda təsdiqini tapıb ki, həmin cinsi azlıqlar başqalarını da bu xəstəliyə yoluxudurub. Xəstəlik daşıyıcıları müalicə üçün müvafiq xəstəxanalara göndərlib, inzibati qaydaları pozan digərləri isə inzibati həbsdən sonra xəbərdarılq edilərək buraxılıb.
"Nyu York Tayms" və "Qardian" nəşrləri isə bu faktlara yer vermədən hadisəni tamamilə insan haqları müstəvisinə çəkərək Azərbaycanı nüfuzdan salmağa çalışır. Halbuki əmliyyatın məqsədi cinsi azlıqların hüquqlarını pozmaq yox, əksinə, digər vətəndaşları onların yaratdığı təhlükədən qorumaq olub.
Azərbaycan müxtəlif azlıqların hüquqlarına hörmətlə yanışan örnək dövlətlərdən biridir və bütün dünyada belə qəbul olunur. Bu nəşrlərin iddiasından isə belə çıxır ki, bir qrup cinsi azlığın hər cür qanun pozuntularına, digər vətəndaşların hüquqlarını pozmasına hətta onların sağlamlığını təhlükə altına qomaysına dövlət göz yummalıdır. Ancaq Azərbaycan o dövələtlərdəndir ki, birinin hüququ digərinin hüququnun başladığı yerdə məhdudlaşır. Bütün normal cəmiyyətlərdə olduğu kimi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar