Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yeganə çıxış yolu – hakimiyyət dəyişikliyidir! - PUTİN ÖZÜNÜ VƏ RUSİYANI DALANA DİRƏYİB!

Tarix: 24-09-2017 21:24     Baxış: 4513 A- / A+
Yeganə çıxış yolu – hakimiyyət dəyişikliyidir!

Vladimir Putin Yeltsinin xələfi seçiləndə ondan iki əsas gözlənti var idi: sabitlik və ölkə vətəndaşlarının maddi rifahının təmin olunması. Bundan başqa Putindən gözlənilən digər mühüm iş – dünya arenasında Rusiyaya hörmət qazandırması idi.

Neftin qiymətinin yüksəlidiyi bir şəraitdə enerji resurslarının ixracı ölkənin Sovet İttifaqının dağılmasından sonra əmələ gəlmiş iqtisadi uçurumdan çıxmasına imkan verdi. Putin, tədricən Rusiyada özü üçün lazımi qayda-qanun yarada bildi. Bütün hakimiyyət onun əlində cəmləşdi, məmurlar isə, dayandıqları hakimiyyət pilləsindəki mövqelərinə uyğun şəkildə özləri üçün mənfəət götürdülər.
Sonrakı dövrlərdə Putin korrupsiya üzərində kök salmış hakimiyyət vertikalını yalnız möhkəmləndirməklə məşğul oldu. O, kütləvi informasiya vasitələrini dövlət nəzarətinə aldı. Putin qeyri-hökumət təşkilatları və beynəlxalq əməkdaşlıq missiyası həyata keçirən müxtəlif institutlar tərəfindən ölkəyə olunan xarici təsirləri əngəllədi. Kreml, özünün yaratdığı ictimai sistemdə, hüquqi dövlət konsepsiyasının Qərb təfsirinin suveren demokratiya ilə qarışdırılmasını arzulamır. O, eyni zamanda da, təhlükəsizlik məqsədi ilə birbaşa prezidentə tabe olan Milli Qvardiya yaratdı. Putinin ən qorxulu kabusu korrupsiyaya qarşı mübarizəyə və əsl demokratiyanın bərqərar olmasına yönəlmiş rəngli inqilabdır.
Hələ ki, Putin daxili məsələlərin öhdəsindən gələ bilir. Amma ölkənin beynəlxalq arenadakı nüfuzunun yüksəldilməsi baxımından işlər heç də yaxşıya doğru getmir. Rusiyadan qorxurlar. Rəhbərliyin atdığı addımlar ölkəni geri dönüşü mümkün olmayan mövqeyə aparıb.
Putin Rusiyası ilə dünya ictimayyətinin bir sıra mübahisəli məsələlərdə fikir ayrılığı var və onların əksəriyyətinin təsiri üzə çıxmağa başlayıb. Hal-hazırda Malayziya təyyarəsinin vurlumasının təhqiqatı davam edir. Və bununla bağlı məhkəmə olacaq. BMT Təhlükəsizlik Şurasının yığıncağında təyyarə qəzasının təhqiqatı ilə əlaqədar büynəlxalq tribunalın yaradılmasını Rusiya əngəlləyib. Lakin istənilən halda məhkəmə hökm çıxaracaq. Krımla əlaqədar olan problemlər gələcəkdə də davam edəcək, çünki bütün dünya bu yarımadanı Ukrayna ərazisi hesab edir.
Ukraynada davam edən müharibə maliyyə xərcləri və insan itkisi ilə birlikdə Rusiyaya çox baha başa gəlir. Ehtmal ki, bu münaqişə nəticəsində iki ölkə arasında ucalan divar, onları hələ gələcək nəsillərdə də ayıracaq. Ukrayna ilə sülh olmadan Rusiya beynəxalq cəmiyyətin tamhüquqlu üzvü hesab edilə bilməz.
Kimyəvi silahdan istifadə olunmaqla və xəstəxanaların sistemli qaydada bombalanması ilə davam edən Suriyadakı amansız müharibə son nəhayətdə Əsədin tiran rejimini müdafiə edən Putinin özünə zərbə vura bilər.
ABŞ prezidenti Donald Tramp və ya onun seçki qərargahı Amerikadakı seçkilərə təsir göstərilməsi üçün, açıq-aydın Rusiya ilə əməkdaşlıq edirdi. Trampın qələbə çalmasına baxmayaraq, onun zəfərini Rusiyanın hesabına yazmaq olar. ABŞ prokurorluğunun yeni prezidentə qarşı xüsusi təhqiqart aparmağa başlaması Rusiyanın gözləmədiyi uğursuzluqdur. Çünki Putin Trampın köməyi ilə ABŞ və digər Qərb ölkələriylə münasibətləri normallaşdırmağı planlaşdırırdı.
Əlbəttə ki, ABŞ-ın zəifləməsi Rusiyanın yararınadır. Amma gec və ya tez Trampın prezidentlik müddəti başa çatacaq, onda Atlantikin o biri sahili hər şeyin əvəzini çıxacaq.
Rusiya bir sıra ölkələrin daxili siyasətlərinə qarşıb. Ona görə də, bu digər ölkələrin rəhbərliyini ən azından Rusiyaya qarşı ehtiyatlı münasibət bəsləmyə məcbur edir.
Əgər vəziyyət gözlənilməz dəyişikliklərlə inkişaf edərsə, onda bir neçə ildən sonra Rusiya öz fəaliyyətləri sayəsində daha böyük siyasi izolyasiyaya düşəcək. İndiki halda gözlənilməzlik, Tampın təzyiqi altında ABŞ demokratik institutlarının əyilməsi və ya Avropa Birliyinin parçalanması ola bilər.
Neft qiymətlərinin düşməsi və Krımın zəbt olunmasının ardından başlanan böhrandan sonra Rusiya iqtisadiyyatı bir qədər özünə gəlib. Lakin korrupsiya, infrastrukturun aşınması və sanksiyalar heç yana getməyib. İqtisadi çətinliklərə baxmayaraq,Rusiyanın hərbi xərcləri rəsmi məlumata görə, Ümumi Daxili Məhsulun 5%-ni təşkil edir.
Yaxın gələcəkdə yenilənəbilən enerji mənbələrinin istifadə olunması, əsasını neft və qazın təşkil etdiyi ixraca ciddi zərbə vuracaq. Əgər hətta siyasi vektor dəyisə də belə, beynəlxalq ticarəti yoluna qoymadan Rusiyanın iqtisadi yenilənməyə sadəcə olaraq vəsaiti çatmayacaq.
Bunu Moskvada da yaxşı başa düşürlər. İndi Rusiya “Qərb-2017” hərbi təlimlərinin köməyi ilə öz gücünü nümayiş etdirir, ancaq əslində onun hərbi gücü Ukrayna və Suriyadakı münaqişələrdə əhəmiyyətli dərəcədə tükənib.
Əgər Rusiya bu dalandan çıxmaq istəyirsə, onun iri miqyaslı hərbi təlimlərdən başqa yalnız bir yolu qalır. Bu, hakimiyyət dəyişikliyidir. Putinin hakimiyyətdən uzaqlaşması həm rusiyalılara və həm də ki, dünyanın qalan hissəsinə hər şeyin günahını onun üzərinə atmağa imkan verəcək.
Yarım ildən sonra Rusiyada prezident seçkiləri keçiriləcək və hələ ki, Putin öz iştirakını elan etməyib. Görəsən o, ölkəni dalana gətirib çıxardığı barəsində düşünürmü? Amma onu deyə bilərik ki, bu məsələ əksər rusiyalını çox dərindən düşündürür.
(“Yle”-Finlandiya)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar