Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sərhəd mübahisəsi yenidən gərginləşdi

Tarix: 22-09-2017 23:05     Baxış: 4455 A- / A+
Sərhəd mübahisəsi yenidən gərginləşdi
Avropa İttifaqına üzv olan Sloveniya və Xorvatiya arasında su və quru sərhədlərinin bölüşdürülməsinə dair mübahisə səngimək bilmir.
Manevr.az xəbər verir ki, iyun ayında Haaqa Arbitraj Məhkəməsi mübahisəli ərazilərlə bağlı qərar verməsinə baxmayaraq, Nyu-Yorkda BMT Baş Assambleyasının illik sessiyasında iştirak edən Xorvatiyanın Baş naziri Andrey Plenkoviç beynəlxalq məhkəmə tərəfindən verilmiş qərarın heç bir qüvvə daşımadığını elan edib. Bu addımın əvəzində isə onun sloveniyalı həmkarı Miro Tserar növbəti həftə üçün nəzərdə tutulan birgə görüşdə iştirakdan imtina edib.

İyun ayında verilən qərara əsasən, iki ölkə arasında uzun illərdən bəri mübahisə mövzusu olan İstriya yarımadasında yerləşən Piran buxtasının əsas hissəsi Sloveniyaya verilmiş və həmçinin bu ölkənin beynəlxalq sulara maneəsiz çıxış üçün dəhlizdən istifadə hüququ tanınmışdı. Xorvatiyanın payına isə iki ölkənin sərhədində yerləşən bir neçə yüksəklik düşmüşdü.

2015-ci ildə beynəlxalq məhkəmə yolu ilə sərhədlərin delimitasiyası prosesində iştirakdan imtina etdiyini elan edən Xorvatiya buna əsas kimi Sloveniyanın məhkəmə qaydalarını pozmasını göstərib. Buna görə də rəsmi Zaqreb həmin məhkəmənin vermiş olduğu qərarın ölkəsi üçün heç bir hüquqi qüvvə daşımadığını iddia edir.

Sloveniya tərəfi isə məhkəmə qərarını bu ilin sonuna kimi icra edəcəyini və bu zaman lazım gələrsə, polis qüvvələrindən də istifadə olunacağını bəyan edib. (azərtac)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar