Xəbər lenti
“ABŞ bu ölkələri məhv etdi” - Şoyqudan sərt cavab
Dünyada sabitliyi dəstəkləmək təkcə Pentaqonun deyil, bütün ölkələrin təbii haqqıdır.
Axar.az RİA-ya istinadla xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu Pentaqon rəhbəri Eşton Karterin ittihamlarına cavab olaraq deyib. Şoyqu vurğulayıb ki, bizim amerikalı həmkarlar bu həqiqəti nə qədər tez qəbul edərlərsə, bir o qədər yaxşı olar və fikir ayrılıqları aradan qalxar: “Həm də bu məsələ təkcə Suriyaya aid deyil”.
Şoyqu xatırladıb ki, məhz ABŞ qərbli partnyorları ilə Bosniya və Kosovadan İraq və Liviyaya qədər böyük bir ərazidə mövcud olan sabitliyi məhv edib.
Rusiyalı nazir ABŞ-ın öz nöqsanlarını ört-basdır etmək üçün Rusiya, Çin və s. ölkələri suçlamaqdan vaz keçməli olduğunu və siyasətini dəyişməsinin vacibliyini bildirib.
Xatırladaq ki, Karter Oksford Universitetindəki çıxışında Rusiyanı dünyada sabitliyi pozmaqda günahlandırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar