Xəbər lenti
Venesuela prezidenti Trampı "Yeni Hitler" adlandırdı
Venesuelanın prezidenti Nikolas Maduro ABŞ lideri Donald Trampı "Yeni Hitler" adlandırıb.
Manevr.az apa-ya istinadən xəbər verir ki, N. Maduro BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib ki, Tramp özünü dünyanın sahibi zənn edir.
D.Trampın BMT Baş Assambleyasında Venesuela əhalisinə qarşı təcavüzkar nitqlə çıxış etdiyini deyən N. Maduro bildirib ki, heç kim onları təhdid etməyə cəsarət edə bilməz.
Qeyd edək ki, ABŞ lideri N. Maduronu Venesuelanın dağılmasına gətirib çıxaran avtoritar rejim yaratmaqda ittiham edib və ABŞ-ın Venesuelada Maduronun "korrupsiya rejiminə" təzyiq göstərməyə davam edəcəyini vurğulayıb.
Venesuelanın Xarici İşlər Nazirliyi də Trampın çıxışını şərh edərək, onun sözlərinin beynəlxalq hüquqa zidd olduğunu deyib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar