Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Rus əsgərini istənilən vaxt ət maşınına sala bilirlər..."

Tarix: 16-09-2017 11:17     Baxış: 3373 A- / A+
Şuşkeviş: "Ermənistan sivil deyil, Rusiyanın satellidir"

"Rus əsgərini istənilən vaxt ət maşınına sala bilirlər..."



Ukraynanın məşhur “Qordon” nəşri Belarusun keçmiş lideri Stanislav Şuşkeviçdən müsahibə götürmüşdür. Müsahibədə Azərbaycan oxucusu üçün də maraqlı olan yaxın keşmiş və bu günkü vəziyyətlə bağlı maraqlı məqamlar var.

Moderator.az müsahibəni kiçik ixtisarla təqdim edir.

(Əvvəli burada: http://www.moderator.az/news/191826.html)

-Stanislav Stanislavoviç, niyə hakimiyyəti Lukaşenkoya verdiniz?

Mən hakimiyyəti Lukaşenkoya verməmişəm, kim belə düşünürsə , böyük səhv edir. Onu belaruslar seçdilər, həm də birinci dəfə, təmiz yolla. Mən onun kimi populist olub yalan vədlər verə bilməzdim. O, dərin adam deyil və siyasətdə azsavadlıdır, tarixi də pis bilir. Məsələn, Fransisk Skorina ordeni verəndə, dedi ki,” Skorina Sankt Peterburqda gəzəndə...”, amma Skorina Peterburqun əsası qoyulandan 150 il əvvəl vəfat edib.

-Siz nə vaxtsa rusların Ukraynaya soxulacağını və Krımı işğal edəcəyini təsəvvür edirdinizmi?

Yox, yəqin ki, bu da mənim siyasi savadsızlığımdır. Bilirsiniz, nə baş verir? Mən təsəvvür etməzdim ki, Rusiyanın yeni rəhbərliyi- Yeltsin və ondan sonrakılar- onlarda bol olan silahdan , həm də çox ucuz silahdan istifadə edəcək. Mən rus əsgərinin həyatını nəzərdə tuturam. Axı, istənilən vaxt onları ət maşınına sala bilərlər, necə ki, Stalin, Jukov etmişdi, onlara qədər də İvan Qroznı, Birinci Pyotr salmışdı. Hələ də Rusiyada insan həyatını qiymətləndirmirlər, mən isə.., insana qayğı göstərən siyasətçilərə hörmət edirəm.

-Sizin zənninizcə Krım və Donbas Ukraynanın tərkibinə qayıdacaq, ya yox?

Mən inanıram ki, qayıdacaq, təəssüf ki, bu gözəl zamanı kimlərin görəcəyi bilinmir. Bunun nə zaman olacağını söyləmək çətindir, ona görə ki, Putin üçün alçaldıcı olmayan variant , hələ ki yoxdur. Ən azı, mən bunu görmürəm. Hibrid kapitulyasiya haqqında danışırlar ki, guya biz “Malorossiya” və ya necə deyir onlar, “Novorosiyya”ya burnumuzu soxmağı dayandırırıq, amma Krım bizdə qalır. Düşünürəm ki, ukraynalılar bu variantı ikrahla kənara atacaqlar. Məncə Sizin ölkə vətənpərvərlik ruhunda sıx birləşib! Ukraynalılara həsəd aparıram, onlar necə də monolit və həmrəydirlər. Düşürəm ki, belə bir ölkəyə qarşı heç nə etmək mümkün deyil, hər şey öz yerini tutacaq.

-Rusiya və Belarus birgə hərbi təlimləri Ukraynaya qarşı yönələ bilərmi?

Rusiyadan nə desən gözləmək olar. Sual olunur: sənin Belarusda hərbi təlim keçirmək nəyinə lazımdır? Əkilməyən, becərilməyən o qədər çöllərin var ki. Nəyə görə balaca qonşu ölkəyə bu sayda qoşun yeridirsən? Bu, əlbəttə əzələ nümayişidir, burdan o yana keçməzlər. Qərb də bundan sonra dingildəməyə başladı və bəzi qüvvələri o istiqamətə çəkdi. Həm də indiki Ukrayna ilə də belə zarafatlar pis ola bilər.

-Bir dəfə demişdiniz ki, “Lukaşenko Rusiyanın Belarus əyalətinin qubernatorudur,Putin nə desə onu edir”. Putin Belarusu işğal edə bilərmi?

İşğal etmək çətindir, adamları da gərək başa salasan ki, bu işğal xoşbəxtlik gətirəcək. Belarus tarixçiləri sübut ediblər ki, bütün bədbəxtliklər şərq qonşumuzdan gəlib.

-Mənə elə gəlir ki, Lukaşenko manevr ustasıdır.Rusiya və Qərb arasında manevr etməyi ustalıqla bacarır?

PUTİNƏ XİDMƏT ETMƏYƏCƏKSƏ HAKİMİYYƏTİ İTİRƏCƏK

Hə, ustalıqla. Xüsusilə, sallaqqulaq Qərb qarşısında, çünki Qərbdə hər zaman bizdə nə baş verdiyini anlamayan nöqtə tapmaq asandır. İstənilən sabun köpüyünü şişrtmək olar.., partlayana kimi. Mən bir çox Qərb siyasətçiləri ilə görüşmüşəm. Yuxarı hissədə ağıllı şəxslər var, amma elə Avroparlamentin özündə oturanların çoxu Ukraynada ,Belarusda nə baş verdiyini dərk etmir. Ona görə də Qərbi qazlamaq olar. Lukaşenko isə Putinə xidmət edəcək, çünki təhlükəli situasiyadır:-xidmət etmək istəməyəcəksən-hakimiyyəti itirəcəksən. Belə olan halda məburdu Rusiyaya qaçacaq,Belarusda qalmaq ona bha başa gələr. Bu, təkcə Belarusda belə deyil, bəzi postsovet respublikalarında da bu vəziyyətdir.

-Lukaşenko bir neçə dəfə Rusiya əleyhinə kəskin çıxışlar edəndə Rusiya televiziyaları ona acıqlı münasibət göstərdi, bəzi kadrları efirə verdi. Sizcə Belarus lideri, əsaslı şəkildə Putinə qarşı çıxa bilərmi?

Heç işarə də edə bilməz. O Putinin qoyduğu adamdır. Sabah Belarusda həqiqi seçkilər keirilsə onunizi tozu da qalmaz.Ədalətli seçkilər keçirilmir, ona görə Rusiya da, onun Ermənistan kimi satellitləri də bizim seçkiləri tanıyır, onu ədalətli sayır. Ermənistanın başqa yolu da yoxdur, amma normal sivil ölkələr bu nəticələri qəbul etmir. Amma, gec-tez bu bitəcək...

-Sizdə beləbir hiss yoxdur ki,Belarus yaxşılaşmış Sovet İttifaqıdır?

Bilirsiniz, Lukaşenkonun səviyyəsi budur ki, gözəllik müsabiqəsi keçirsin, bütün pulları bura sərf etsin, deyir ki, “biz xokkey üzrə dünya çempionatı keçirməliyik” . Amma, təqaüdçülər az pul aldıqlarına görə boğulurlarsa , orta aylıq əmək haqqı Polşadan 4 dəfə , Baltikyanı ölkələrdən 3 dəfə azdırsa .., bu onun vecinə deyil. Onun fikri-zikri budr ki,onun özünə aldığı təyyarə Tükmənbaşınınkından yaxşı olmalıdır. Biz”allahın möhüründən” danışdıq. Türkmənbaşı heç olmasa öz dini səviyyəsinə görə özünü böyük adam bilirdi. Lukaşenko isə Pasxa bayramında məbəddən çıxır, adamlar “İsa dirildi” deyir, bu da cavabında”Sağ olun, sağ olun, sağ olun” deyir. Özünü İsa hesab edir.

-Nə qədər təqaüd alırsınız?

160 dollar

RUSİYADA SEÇKİLƏR KRIMIN İŞĞALI GÜNÜNƏ TƏYİN OLUNUB

-Biz Putin və Rusiya mövzusuna toxunmaya bilmərik, çünki Ukraynanın, Belarusun taleyi böyük qonşudan asılıdır. Sizcə Putin yenə Rusiya prezidenti olacaqmı?

Həə-ə, əlbəttə, başqa cür mümkün deyil. Bilirsiniz məsələ necədir? Rusiya ictimaiyyəti fikirləşir ki, ölkə haqqında yalnız Putin düşünür, ölkənin böyüklüyünü təmin edir, amma bu alçaq amerikalılar və düşüncəsiz ukraynalılar ona mane olur. Seçkinin vaxtı da simvolikdir-18 mart, səhv etmirəmsə...

-Bəli, Krımın işğalı günü

Hesab edin ki, onun prezidentliyinə hazırlıq görülüb. Mən Rusiyada tez-tez oluram.Mühazirə oxuyuram. Çox təəssüf ki, xeyli rus ziyalılarının imperiya ambisiyaları üzə çıxıb. Onlara böyük Rusiya lazımdır. Stolıpin kimi danışırlar. Ona görə də Putinin prezidentliyinə mane olan heç nə yoxdur.Amerika sanksiyaları ona kömək edir, çünki rusiyalılar fikirləşirlər ki,” Bax, bizi sıxırlar, amma biz hələ yaşayırıq və Putin bizi qələbəyə aparır, necə ki, Stalin aparmışdı”

- Putinin sonu necə olacaq?

Yaxşı olardı ki, Putin deyəydi: “ kifayətdir, mən artıq hakimiyyətdə olmuşam, indi qoy doğru yolla başqası seçilsin”. Amma, o bunu deməyəcək. Yəqin Nazarbayev kimi” bütün zamanların lideri” olmaq istəyir.

-Bizdə Ukraynada hər kənddə, qəsəbədə, şəhərdə təzə qəbirlər yaranıb. Orda öz torpaqları uğrunda ölən gənclər yatır. Ikinci Dünya müharibəsindən bəri belə iş olmamışdı.Bu dəhşətdir.Artıq 10 min nəfər həlak olub. Sizcə Putin ümumiyyətlə, nə törətdiyini başa düşürmü?

Yox, Putin özünü Stalinin obrazında görür. Əgər Sovet İttifaqının sonunu özünə faciə bilirsə , bu belədir. Kiçik qələbə onun böyük günahlarını yuyur və populyarlığını artırır. Sizin Ukrayna gənclərinin həlak olması onun vecinə də deyil. O İosif Vissarionoviç kimi düşünür: əgər 10 kilometr Avropaya doğru irəliləmək mümkündürsə, 100 min adamın ölməsi onun üçün heç nədir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar