Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Antarktikada qeyri-adi canlılar yaşayır

Tarix: 10-09-2017 07:55     Baxış: 2334 A- / A+
Antarktikada qeyri-adi canlılar yaşayır


Antarktikada buz təbəqəsinin altında yerləşən aktiv vulkanların isitdiyi mağaralarda aparılan araşdırmalar maraqlı iddialara səbəb olub.

Manevr.az qaynarinfo.az-a istinadən xəbər verir ki, avstraliyalı alimlər Ross adasında yerləşən aktiv Erebus yanardağının ətrafının mağaralarla örtülü olduğunu aşkar edib. Mağaralardan əldə edilən torpaq nümunələrində qeyri-adi DNK izləri tapılıb. "Polar Biology" jurnalında dərc edilən araşdırmada bildirilir ki, mağaraların içindəki temperatur 25 dərəcəyə çatır. Nümunələrdə rast gəlinən izlərin Antarktikanın digər hissəsində olan bitki və canlı izlərinə bənzədiyi, bir qisminin isə elmə tanış olmadığı deyilir.

Araşdırma qrupunda yer alan Yeni Zellandiyalı Waikato Universitetinin professoru Kreyq Kari qeyd edib ki, son araşdırma nəticəsində məlum olub ki, Antarktikada bizə məlum olmayan bitki və heyvanlar yaşaya bilər.

Maine Universitetinin professoru Louri Konnel isə izlərin mövcudluğunun bu canlıların yaşadığının sübutu olmadığını bildirib və qeyd edib ki, sonrakı addım mağaralarda canlı orqanizmlər axtarmaq olacaq və əgər tapılsa, fərqli bir dünyanın qapısı üzümüzə açılacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar