Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

13 yaşlı qız ölümüylə 8 nəfərin həyatını xilas etdi : DÜNYA REKORDU- FOTO

Tarix: 09-09-2017 09:20     Baxış: 3356 A- / A+
13 yaşlı qız ölümüylə 8 nəfərin həyatını xilas etdi


İngiltərədə yaşayan Jemima Layzell adlı 13 yaşlı qızın ölümcül beyin anevrizmasından əziyyət çəkdiyi ortaya çıxıb.
Manevr.az xəbər verir ki, o, hələ sağ ikən 5-i azyaşlı olmaqla, 8 nəfərə donor olmağa razılıq verib.
Beləliklə, 13 yaşlı qızın ürəyi, ağ ciyəri, düz bağırsağı olduğu kimi, qara ciyəri isə iki yerə bölünərək donor kimi istifadə edilib. Böyrəkləri isə iki insana ikinci həyat bəxş edib.
İngiltərənin Milli Sağlıq Komitəsi verdiyi açıqlamada daha öncə heç bir donorun bu qədər orqan bağışlamadığını bildirib. Jemima 8 fərqli insana donor olaraq bir dünya rekorduna imza atıb.
Jemimanın ailəsi övladlarının zəkalı, mərhəmətli və yaradıcı biri olduğunu və onun qoyduğu mirasla qürur duyduqlarını deyib. Valideynlər Jemima vəfat etmədən öncə orqan bağışlanması haqqında çox da bilgisi olmayan qızlarına bu mövzunun mahiyyətini açıqlayıb və onu orqanlarını bağışlamağa razı salıb.
Jemima öldükdən qısa müddət sonra ürək nəqli üçün donor gözləyən uşaqlarla bağlı bir proqramı izləyən ailə qızlarının orqanlarını azyaşlı xəstələrə verməyi qərara alıb.
Jemimanın irsini qoruyub saxlamaq və davam etdirmək istəyən ailə onun adını daşıyan “Jemima Layzell Trust” adlı yardım dərnəyi də qurub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar