Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Moskvanın 36 il sonra diriltdiyi HÜCUM PLANI - VİDEO/FOTO

Tarix: 09-09-2017 08:32     Baxış: 3467 A- / A+
Moskvanın 36 il sonra diriltdiyi HÜCUM PLANI


Sentyabrın 14-dən 20-nə keçiriləcək Belarus-Rusiya “Qərb-2017” birgə hərbi təlimləri bu günlərdə dünya KİV-inin əsas mövzularından biridir. Qərb təlimlərə hazırlığı narahatlıqla izləyir.
Belarusun TUT.BY portalının dərc etdiyi məqalə Qərbin narahatlığının müəyyən qədər əsasının olduğunu göstərir.
Portal 1981-ci ildə sentyabrın 4-dən 12-dək müasir Belarus, Ukrayna və Baltikyanı ölkələrin ərazisində keçirilən “Qərb-1981” sovet ordusunun təlimlərinin xatırladıb.

Moskvanın 36 il sonra diriltdiyi HÜCUM PLANI


Təlimlər SSRİ tarixində ən böyüklərdən biri idi. Təlimlərə 100 mindən çox əsgər və zabit, minlərlə tank, BMP (piyada döyüş maşını), artilleriya topları, yüzlərlə təyyarə və vertolyot cəlb edilmişdi və SSRİ-nin hərbi gücünü NATO ölkələrinə nümayiş etdirməli idi. Ssenari Mərkəzi Avropada aktiv döyüş əməliyyatlarının keçirilməsini nəzərdə tuturdu.
Təlimlərin şərtləri döyüş əməliyyatlarına maksimal uyğunlaşdırılmışdı. Desant qüvvələrinin rəqibin arxasına endirilməsi ilə başlanan hücum əməliyyatı çərçivəsində qoşunların Polşa ərazisinə mümkün hərəkəti yerinə yetirilirdi. Rəqib üzərində qələbə nüvə silahının tətbiqi olmadan əldə edilirdi. Şimali Atlantika İttifaqı bu təlimləri “son dərəcə müvəffəqiyyətli” adlandırdı. Sovet komandanlığı hesab edirdi ki, hərbi əməliyyatların başlanması halında SSRİ ordusu Portuqaliyanın sərhədlərinə operativ çıxa bilərdi.

Moskvanın 36 il sonra diriltdiyi HÜCUM PLANI


Qeyd edək ki, Qərb nəşrləri “Qərb-2017” (sentyabrın ortalarında keçiriləcək - red.) hərbi təlimləri ilə əlaqədar NATO, ABŞ və Rusiyanın hərbi gücünün döyüş və operativ imkanlarını müqayisə etməyə başlayıb. Bu, xarici ictimaiyyətin şübhələrini əks etdirir ki, Rusiya təlimlər bəhanəsi ilə Baltikyanı regionunda hərbi əməliyyat həyata keçirməyi planlaşdırır.

Moskvanın 36 il sonra diriltdiyi HÜCUM PLANI


“Qərb-2017” təlimləri ilə əlaqədar NATO-nun qorxusu yenidən qayıdıb. Qərb generaliteti arasında artan narahatlıq bundan ibarətdir ki, Qərb sərhədlərində Rusiyanın hərbi gücü təlimlərdən sonra da saxlanılacaq.
Ötən həftə isə Belarusun müdafiə naziri Oleq Belokonev Minskdə keçirdiyi brifinqdə “Qərb-2017” təlimlərinin ssenarisini təqdim edib. Sssenariyə görə, Qərbdən Rusiya və Belarusa hücum edirlər. Amma birləşmiş qoşunlar hücumu dəf edərək rəqibi geri tullayır. “Veysnoriya”, “Vesbariya” və “Lubeniya” şərti dövlətlərin Belarus və Rusiyaya hücum etdiyi ssenaridə əksini tapıb.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar