Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Sunami zamanı batmış QƏDİM ŞƏHƏR tapıldı

Tarix: 06-09-2017 16:52     Baxış: 4385 A- / A+
Sunami zamanı batmış QƏDİM ŞƏHƏR tapıldı


Tunisin Milli Miras İnstitutunun arxeoloqları 21 iyul 365-ci ildə baş vermiş sunami nəticəsində dağılmış qədim Roma imperiyasına məxsus olan Neapolis şəhərinin sualtı xarabalıqlarını aşkar ediblər.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, tədqiqatçılar küçələr, abidələr, həmçinin balıq souslarını qoruyub saxlanılması üçün nəzərdə tutulmuş çənlər aşkar ediblər. Bu haqda "ScienceAlert" nəşri məlumat yayıb.

Şəhərin xarabalıqları 20 hektarda uzanır və Tunisin şimal-şərqində Nabulya şəhərinin yanında yerləşir. Neapolis bizim eradan əvvəl beşinci əsrdə salınmışdı. Onun adı yunancada "Yeni şəhər" mənasını verir. Tarixçilər hesab edirlər ki, şəhərin bir hissəsi zəlzələ nəticəsində yox olub, hansı ki, 2 təkandan ibarət və maksimal maqnitudası 8 bal idi. Qəza nəticəsində Krit adasının bəzi hissələri də 10 metr sürüşüb.

Batmış şəhərin xarabalıqlarının axtarışları 2010-cu ildən etibarən aparılırdı. Ekspedisiyanın rəhbəri Munir Fantarın (Mounir Fantar) sözlərinə görə, tapıntı alimlərə inamla iddia etməyə imkan verir ki, şəhər qədim Romanın ticarət mərkəzlərindən biri olub və orada əsasən duzlu balıq istehsal edilirdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar