Xəbər lenti
ABŞ prezidenti 800 min miqrantı ölkədən qovur

ABŞ prezidenti Donald Tramp ölkədə qalmaqala səbəb olan yeni qərar qəbul edib.
Tramp administrasiyası ailələri ilə birlikdə uşaq yaşlarında qanunsuz şəkildə ABŞ-a miqrasiya edən və həyatının böyük bir hissəsini Birləşmiş Ştatlarda keçirən gənc və uşaq miqrantların deportasiya edilməsinə mane olan qanunu ləğv edib.
ABŞ-ın ədliyyə naziri təxminən 800 min insana təsir edəcək və Barak Obama dövründə qəbul edilən DACA qanun layihəsinin ləğv edildiyini açıqlayıb. İctimaiyyətdə DACA-dan faydalanan 800 min insan dreamer", yəni xəyalpərəst adlandırılırdı.
Qanun 6 ay sonra ləğv ediləcək. Başqa bir qanun qəbul edilməsə, 800 min miqrant deportasiya ediləcək. Proqramın konstitusiyaya zidd olduğunu bildirən nazir qeyd edib ki, qeyri-qanuni miqrantlar iş yerlərini zəbt etdikləri üçün yüz minlərlə amerikalı işsiz qalıb.
Trampın DACA proqramını ləğv etməsindən sonra sabiq prezident Barak Obama "bu gəncləri hədəf almaq səhvdir"-deyərək reaksiya göstərib. Obama "gənclərə qarşı edilən pis davranışdır. Onlar bizim gələcəyimizə töhfə verəcəklər. Uşaqlarımızla birlikdə bu ölkəyə xidmət edəcəklər"-deyə əlavə edib.
Obama Konqresə səslənərək "bu gəncləri və gələcəyimizi qorumaq üçün vəzifənizi icra edin"-deyib.
Məsələ ilə bağlı açıqlama verən Tramp qərarını müdafiə edib: "Çoxu hazırda yeniyetmə olan uşaqları valideynlərinin hərəkətinə görə cəzalandırmaq istəmirəm. Amma biz fürsətlər ölkəsi yox, qanunlar ölkəsiyik. Bunu anlamalıyıq".olke.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar