Xəbər lenti
Xuruşşovun oğlundan daha bir sürpriz AÇIQLAMA : “Atam Krımı Ukraynaya ona görə verdi ki…”
Sovet İttifaqı Kommunist Partiyasının keçmiş baş katibi Nikita Xuruşşovun oğlu Sergey Xuruşşov atasının Krım siyasəti ilə bağlı açıqlama verib.
Turkustan.info-nun məlumatına görə, ABŞ-ın Braun Universitetinin professoru olan Sergey Xuruşşov 1954-cü ildə Krım yarımadasının Ukraynanın tabeliyinə verilməsi ilə bağlı qərarın siyasi məqsəd daşımadığını deyib.
Sergey Xuruşşov iddia edir ki, Krım yarımadası ilə bağlı qərar Ukrayna bürokratiyasının istəyini təmin etmək istəyi ilə də bağlı olmayıb.
“Atam sadəcə olaraq, Krımı Ukraynaya bağlayıb. Çünki oranın iqtisadiyyatı ilə məşğul olurdular, ən başlıcası isə ora kanal çəkirdilər. İndi onu torpaqla örtüblər. Həmin vaxt Dövlət Plan Komitəsi bildirdi ki, onu inşa edəcək bir hüquqi şəxsin tabeliyinə vermək daha düzgün olar. Beləliklə də Ukraynaya verdilər”,-Xuruşşovun oğlu “112 Ukraina” kanalına müsahibəsində belə deyib.
Qeyd edək ki, Sergey Xuruşşov bir müddət əvvəl “Komsomolskaya pravda” qəzetinə müsahibəsində Krımın Ukraynaya Rusiyanın birinci prezidenti Boris Yeltsinin razılığı ilə verildiyini söyləmişdi.
Professor atasının Krım yarımadasını həyat yoldaşına hədiyyə olaraq Ukraynanın ərazi-inzibati tabeliyinə verməsi barədə yayılan məlumatları təkzib edib.
Xatırladaq ki, Krım yarımadası 2014-cü ilin mart ayında Rusiya tərəfindən işğal olunub.
1774-cü ilə qədər Osmanlı imperiyasının tərkibində olan Krım xanlığına türklər Rusiya ilə müharibədən sonra nəzarəti itirib. Osmanlı imperiyası ilə Rusiya arasında Kiçik Qaynarca sülhünün bağlanılmasından sonra ayrılan Krım xanlığı 1783-cü ildə isə “Tavrida” adı altında Rusiyanın ərazisinə qatılıb. Rusiya çariçası II Yekaterinanın 1783-cü il fevralın 19-da imzaladığı əmrdə isə qeyd edilir ki, Krım üçüncü ölkəyə verilə və ya müstəqil ola bilməz. Əgər belə hal baş verərsə, o zaman Krım yarımadası Osmanlı imperiyasının tərkibinə qaytarılmalıdır.
1855-1856-cı illərdə baş vermiş Krım müharibəsi Osmanlı imperiyasının məğlubiyyəti ilə nəticələndiyi üçün yarımada yenə Rusiyanın tabeliyində qaldı. /Cebhe.info/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar