Xəbər lenti
Hindistan : 100-dən çox körpənin ölümü ilə bağlı təhqiqat başladılıb

100-dən çox uşağın ölüm səbəbinin oksigen çatışmazlığı olduğu deyilir.
Hindistan polisi ölkənin şimalında yerləşən Farruxabad şəhərinin bir xəstəxanasında onlarca yeni doğulmuş körpənin ölüm səbəbini araşdırır.
Bir ay içində 49 uşaq Ram Manohar Lohia xəstəxanasında vəfat edib, onlardan azı 30-nun "perinatal asfiksiyadan" öldüyü iddia olunur.
Bu, doğuş zamanı oksigen səviyyəsinin azalması ilə əlaqədardır.
Başqa bir xəstənada isə avqust ayında azı 160 nəfər yetkinlik yaşına çatmayan vəfat edib.
Onların bəzilərinin ölüm səbəbi də oksigen çatışmazlığı olduğu deyilir.
Lakin yüksək vəzifəli rəsmilər bunu təkzib edir.
Ən son araşdırmada hökumət 30 ölüm üçün tibb işçilərini ittiham edib və polis istintaqa başlayıb.
49 ölüm halının hamısı 21 iyul və 20 avqust arasında baş verib (BBC).
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar