Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistan NATO təlimindən imtina etdi

Tarix: 04-09-2017 09:53     Baxış: 3336 A- / A+
Ermənistan NATO təlimindən imtina etdi


Müdafiə nazirliyi şərh verməkdən imtina edib

Ermənistan NATO təlimində iştirak etməkdən imtina edib. İstiPress-in məlumatına görə, söhbət ötən gün Gürcüstanda başlayan çoxmillətli "Agile Spirit 2017" hərbi təlimlərindən gedir.

Erməni mətbuatının məlumatına görə, silahlı qüvvələrin nümayəndələri və erməni hərbçilər tədbirin açılışına qatılmayıblar.

Ölkənin Müdafiə Nazirliyi isə bunun səbəbini açıqlamaqdan imtina edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Artsrun Ohanesyan TASS-ın müraciətinə "Şərh etmirik", deyə cavab verməklə kifayətlənib.

Genişmiqyaslı təlimdən imtinanın səbəbi rəsmən açıqlanmasa da, yerli ekspertlər burada Rusiyanın əli olduğunu güman edirlər. Onların fikrincə, Ermənistana NATO təqdbirinə qatılmağı məhz Moskva qadağan edib.

Gürcüstanda başlayan təlimlərdə ABŞ, Rumıniya, Ukrayna, Azərbaycan, Bolqarıstan, Latviya və Rumıniyadan olan 1,5 minə yaxın hərbçi qatılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar