Xəbər lenti
İraqda azərbaycanlı qadın və onun beş uşağı ÖLDÜRÜLDÜ
İraqda, İŞİD və İraq ordusu arasındakı döyüşlərin gedişatında azərbaycanlı qadın və onun beş uşağı öldürülüb.
Manevr.az-ın virtualaz.org-a istinadən məlumatına görə, bu haqda sosial şəbəkələrdən birindəki səhifəsində həlak olmuş qadının bacısı İren Abdullayeva bildirib.
Öldürülənlərin meyitləri dəfn olunmaları üçün Bakıya gətirilib. Almaniyada yaşayan İ.Abdullayeva ürək ağrısı ilə yazıb ki, insanlar adətən öz vətəninə yaxınlarını görmək üçün gedirlər, amma o, onları dəfn etmək üçün...
Baş verən dəhşətli hadisəyə görə, o, radikal musəlmanları ittiham edib. Həlak olmuş qadın və onun uşaqları üç il imiş ki, İraqda yaşayırlarmış. Və nəticədə belə faciəli son.
Virtualaz.org xatırladır ki, bu, azərbaycanlı qadınların İraqda və Suriyada öz uşaqları ilə birlikdə həlak olduqları ilk hadisə deyil.
Məsələn, bir neçə ay əvvəl məlumat yayılmışdı ki, Suriyada İŞİD döyüşçülərinin hücumu zamanı azərbaycanlı qadın və onun iki uşağı öldürülüb. Qadının əri Fikrət Əliyev 2015-ci ilin başlanğıcında Suriyaya getmiş və takfiristlərə qoşulmuşdu. Bundan bir müddət sonra ailəsi də Suriyaya - onun yanına yollanmışdı.
Ancaq Fikrət Əliyev dörd ay sonra döyüşdə öldürülmüş, onun arvadı və uşaqları Suriyanın dağıdılmış şəhərlərində sərgərdan dolaşmağa başlamışdılar. Lakin tezliklə onlar da müharibənin qurbanı oldular. Həlak olan qızın 7, oğlanın isə 3 yaşı vardı...
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar